Xəbər verildiyi kimi, bu gün Qazaxıstanda MDB Nazirlər Şurasının iclası çərçivəsində Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilir.
Modern.az-ın xəbərinə görə, görüşü açan Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, bu cür toplantılar yaxşı fürsətdir.
“Zamanın sürətlə getdiyini, hadisələrin kifayət qədər sürətlə inkişaf etdiyini əsas götürərək hesab edirəm ki, bu gün mövzu ətrafında danışmaq və imzalanan sazişlərin icrası ilə bağlı liderlərimizə nə hesabat verə biləcəyimizi görmək üçün çox əlverişli fürsətdir”.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, o, bu görüşü İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması, eləcə də üç ölkə liderinin üçtərəfli bəyanatlarına uyğun olaraq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı problemlərin həlli yollarını tapmaq üçün yaxşı imkan hesab edir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə deyib ki, rəsmi Bakı postmünaqişə məsələlərinin nizamlanması sahəsinə, o cümlədən sülh müqaviləsinin imzalanması istiqamətində fokuslanıb.