Modern.az

Avropa İttifaqı sərhəd missiyasını bu gün TƏSDİQLƏYƏCƏK

Avropa İttifaqı sərhəd missiyasını bu gün TƏSDİQLƏYƏCƏK

Aktual

17 Oktyabr 2022, 08:08

Avropa İttifaqına üzv olan 27 ölkənin xarici işlər nazirləri oktyabrın 17-də Lüksemburqda görüş keçirəcək.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, nazirlərin Ermənistan-Azərbaycan sərhədinə mülki missiyanı göndərməklə bağlı qərarı təsdiqləməsi gözlənilir.

 

Hələlik missiyanın təfərrüatları məlum deyil.

 

“Yalnız onu deyə bilərəm ki, birinci mərhələdə 400-ə yaxın müşahidəçi yerləşdiriləcək. İlk müşahidəçilər iki ölkənin sərhədinə Aİ-nin Gürcüstandakı missiyasından göndəriləcək. Məsələnin vacibliyinə görə, Gürcüstandakı nümayəndəliyimizdən işçiləri götürürük”, - Aİ rəsmisi bildirib.

 

Qeyd edək ki, oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib. Danışıqlar nəticəsində Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının mülki missiyasının göndərilməsi barədə qərar qəbul olunub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı