Modern.az

Misir prezidenti Azərbaycana GƏLİR

Misir prezidenti Azərbaycana GƏLİR

Aktual

25 Yanvar 2023, 12:03

Misir prezidenti Əbdülfəttah Əs-Sisi Cənubi Qafqaz regionuna səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia"ya Ermənistanın Prezident Administrasiyasından bildirilib.

 

Qeyd olunub ki, Sisi ilk dəfə Ermənistana səfər edəcək və həmkarı Vahaqn Xaçaturyanla görüşəcək. Onun regiona səfəri yaxın günlərdə baş tutacaq.

 

Məlumata görə, hazırda Hindistanda səfərdə olan Misir prezidentinin daha sonra Azərbaycana da gəlməsi nəzərdə tutulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!