Modern.az

Erməni hərbçi özünü güllələdi 

Erməni hərbçi özünü güllələdi 

Aktual

30 Yanvar 2023, 00:41

Ermənistan ordusunun hərbi qulluqçusu ağır güllə yarası alıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, hadisə silahdan istifadə qaydalarının pozulması nəticəsində baş verib. Yaralı hərbçinin vəziyyəti son dərəcə ağır qiymətləndirilir.

 

Hadisənin baş vermə şəraitinin aydınlaşdırılması üçün araşdırma aparılır.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır