“Bakcell”də hədiyyə mövsümü davam edir. Abunəçilər “Bakcell” tətbiqində “VIP çarxı” çevirməklə “iPhone 17” modellərini qazanmaq şansı əldə edirlər.
VIP Çarxın təqdim etdiyi xüsusi hədiyyələr arasında “iPhone 17” modelləri ilə yanaşı, İstanbul istiqamətində gediş-dönüş aviabiletləri, smart saatlar, qulaqlıqlar, planşetlər, televizorlar və 20 GB-dək internet paketləri də yer alır.
Qeyd edək ki, hər iki standart çarx çevirməsindən sonra abunəçi üçün bir “VIP çarx” aktivləşdirilir. Sadalanan hədiyyələri yalnız “VIP çarx” vasitəsilə qazanmaq mümkündür.
“iPhone 17” modelləri və digər hədiyyələri qazanmaq şansı əldə etmək üçün abunəçilər “Bakcell” tətbiqinə daxil olaraq çarx bölməsinə keçə və “VIP çarxı” çevirə bilərlər.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
“Bakcell” müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibində olan “Azerconnect Group”a daxildir.