Modern.az

Berdiməhəmmədov Heydər Əliyevin məzarını ziyarət etdi

Berdiməhəmmədov Heydər Əliyevin məzarını ziyarət etdi

Aktual

16 İyul 2025, 13:34

Ölkəmizdə səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 16-da Fəxri xiyabanı ziyarət edib.

Modern.az xəbər verir ki, Qurbanqulu Berdiməhəmmədov xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Türkmənistan Xalq Məsləhətinin sədri görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə tər çiçəklər düzüb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK HÜCUMLAR: İran bombalanır, Bakı hədələndi - YOX EDƏRİK! - Xəbəriniz Var? - Media Turk TV