Modern.az

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi

Aktual

1 Oktyabr 2025, 14:50

Ötən ay Gürcüstanda yaşama və olma qaydalarını pozan 107 əcnəbi ölkədən çıxarılıb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Rusiya, Azərbaycan, Hindistan, Pakistan, Misir, Türkiyə, İran, Nigeriya, Kamerun, Sudan, Banqladeş, İordaniya, Myanmar, Nepal, Suriya və Efiopiya vətəndaşları olan həmin şəxslərin ölkəyə girişi qadağan edilib.

DİN-in məlumatına əsasən, bu ilin ilk 9 ayı ərzində Gürcüstandan 852 nəfər xarici ölkə vətəndaşı qovulub ki, bu da 2022, 2023 və 2024-cü illərdə deportasiya edilmiş əcnəbilərin ümumi sayını əhəmiyyətli dərəcədə üstələyir.

Sizə yeni x var
Keçid et
Regionda təhdidlər artır - Bakını nə gözləyir?