Modern.az

İsmayıllıda yeniyetmə oğlan bıçaqlandı

İsmayıllıda yeniyetmə oğlan bıçaqlandı

Aktual

2 Oktyabr 2025, 09:44

İsmayıllıda bıçaqlanma hadisəsi baş verib.

Modern.az xəbər verir ki, oktyabrın 2-si saat 01 radələrində İsmayıllı rayonunun Basqal kəndinin ərazisində 17 yaşlı Ə.Ş. münaqişə zəminində həmyaşıdı S.B.-yə bıçaqla xəsarət yetirib.

DİN-in Mətbuat xidmətinin regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı istintaq araşdırmaları aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...