Modern.az

Rusiyanın itkiləri rekord həddə çatdı

Rusiyanın itkiləri rekord həddə çatdı

Aktual

Bu gün, 13:54

Ukraynada öldürülən Rusiya hərbçilərinin sayı azı 212 188 nəfər təşkil edib.

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, ölənlərin 57%-i müharibə üçün cəza koloniyalarını tərk edən könüllülər, çağırışçılar və məhkumlardır.

Hərbi ekspertlərin fikincə bu rəqəm reallığı tam əks etdirmir və ölü sayının 45%-dən 65%-ə qədərini əks etdirir.

Bu, son aylarda həlak olan əsgərlərin çoxunun cəsədinin döyüş meydanında qalması ilə bağlıdır, çünki təxliyə dron hücumları səbəbindən təhlükə yaradır.

Həmin hesablamalara əsasən, Rusiyanın Ukraynadakı itkiləri 326 440 ilə 471 530 arasında ola bilər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya bu ölkəyə qarşı HÜCUMA BAŞLADI: NATO qoşunları hərəkətə keçdi