Modern.az

Paşinyanla Ohanyan müharibədəki məğlubiyyətə görə dalaşdılar

Paşinyanla Ohanyan müharibədəki məğlubiyyətə görə dalaşdılar

Dünya

Bu gün, 13:57

Ermənistan keçmiş müdafiə naziri Seyran Ohanyan ölkə hakimiyyətini 44 günlük müharibədə məğlubiyyətə görə günahlandırıb.

Modern.az-ın məlumatına görə, o bunu baş nazir Nikol Paşinyanın “qaçmış generallar”la bağlı ittihamlarına cavab verərkən deyib.

Müxalif “Hayastan” fraksiyasının rəhbəri parlament tribunasından bildirib ki, generalları yox, səfərbərliyi və idarəetməni düzgün təşkil edə bilməyən, cənub cəbhə xəttinin müdafiəsini qura bilməyən siyasi rəhbərliyi günahlandırmaq lazımdır. Onun sözlərinə görə, nəticədə Azərbaycan tərəfi Şuşaya qədər irəliləyib. O əlavə edib ki, 44 günlük müharibədən sonra Azərbaycan Silahlı Qüvvələri Sünik və Cermuk istiqamətinə yaxınlaşıb və bu da Ermənistanın hərbi-siyasi rəhbərliyinin səhlənkarlığı nəticəsində baş verib.

Ohanyan qeyd edib ki, Azərbaycan tərəfi döyüşlərin birbaşa Ermənistan Baş Qərargahı tərəfindən idarə edildiyi və koordinasiya olunduğu sahədə müdafiəni yarıb, bu qərarlar isə Paşinyan tərəfindən təsdiqlənib.

Keçmiş nazir həmçinin Baş Prokurorluğa sorğu göndərdiyini, müharibədən sonra açılmış cinayət işlərinin neçəsinin hərbi strukturlara, neçəsinin isə digər qurumlara aid olduğunu öyrənmək istədiyini bildirib. O, əmindir ki, Paşinyan baş verənlərdən heç bir nəticə çıxarmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya bu ölkəyə qarşı HÜCUMA BAŞLADI: NATO qoşunları hərəkətə keçdi