Modern.az

“Qarabağ hərəkatı yoxdursa, müharibə də yoxdur” - Paşinyan

“Qarabağ hərəkatı yoxdursa, müharibə də yoxdur” - Paşinyan

Dünya

17 Aprel 2026, 14:03

Ermənistanın baş nazir Nikol Paşinyan bəyan edib ki, hakim “Vətəndaş Müqaviləsi” partiyası kifayət qədər effektiv iqtidar qurub.

Modern.az xəbər verir ki, baş nazir parlamntdəki çıxışı zamanı “ölkəmizi tələdən çıxardıq” deyib.

Paşinyanın sözlərinə görə, onlar cəsarətlə hərəkət edirlər.

O həmçinin qeyd edib: “Qarabağ hərəkatı yoxdur - deməli, müharibə də yoxdur”.

Nikol Paşinyan bildirib ki, o, erməni xalqının seçkilərdə müxalifətə səs verməyəcəyinə ümid edir:

“Xalq sülhə görə məsuliyyəti öz üzərinə götürməlidir, "müharibənin üçbaşlı partiyası"nı, onun "itlərini və küçükçələrini", eləcə də siyasi avaraları siyasətdən kənara göndərməlidir”.

Ermənistanda parlament seçkiləri 7 iyunda keçiriləcək.

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV