Modern.az

Dünya Çempionatı 2026-da yenilik

Dünya Çempionatı 2026-da yenilik

İdman

17 Aprel 2026, 14:54

FIFA prezidenti Canni İnfantino 2026-cı il futbol üzrə dünya çempionatının final oyununda ilk dəfə olaraq fasilə şousunun təşkil ediləcəyini açıqlayıb.

Modern.az xəbər verir ki, o, bu barədə Vaşinqtonda keçirilən Semafor Dünya İqtisadiyyat Sammiti zamanı danışıb.

Qurum rəsmisi bildirib ki, tarixdə ilk dəfə olaraq dünya çempionatının final matçının fasiləsində şou olacaq.

Turnir iyunun 11-də Meksikadakı “Azteca” stadionunda başlayacaq, ABŞ, Kanada və Meksikanın 16 şəhərində keçiriləcək. Final qarşılaşması iyulun 19-da Nyu-Cersidə reallaşacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV