Yaxın dövrdə Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında yeni görüşün keçirilməsi nəzərdə tutulmur.
Bu fikirləri Modern.az-a açıqlamasında "Sülh Körpüsü" Təşəbbüsünün üzvü, nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.
“Aprelin 11-də Qəbələdə keçirilən görüş Ermənistanda baş tutacaq seçkilərdən öncəki son görüş olub. Növbəti görüşün isə seçkilərdən sonra keçirilməsi proqnozlaşdırılır”, - deyə o qeyd edib.