Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin sabiq direktoru Nazim Qasımzadə yeni vəzifəyə təyinat alıb.
Modern.az xəbər verir ki, o, kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış "B&B Security" şirkətinin Direktorlar Şurasının sədri vəzifəsinə təyin olunub.
Xatırladaq ki, N.Qasımzadə 2009-cu ildən Dövlət Xəzinədarlıq Agentliyində müxtəlif vəzifələrdə işləyib. O, 2022-ci ildən Agentliyin direktoru vəzifəsində çalışıb və bu ilin yanvarında vəzifəsindən azad olunub.
Qeyd edək ki, "B&B Security" 2019-cu ildən kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərir. Şirkət istənilən biznesin kibertəhdidlərə qarşı dayanıqlığını artırmaq üçün kibertəhlükəsizlik həlləri təqdim edir.(İqtisadiyyat.az)
