Modern.az

Alen Simonyan Azərbaycan haqda: Biz bir-birimizi çox yaxşı tanıyırıq

Alen Simonyan Azərbaycan haqda: Biz bir-birimizi çox yaxşı tanıyırıq

Aktual

Bu gün, 16:09

Ermənistan parlamentinin spikeri Alen Simonyan Sahibə Qafarova ilə görüşündən danışıb.

Modern.az xəbər verir ki, REAL TV-nin suallarını cavablandıran spiker görüşün çox yaxşı keçdiyini bildirib.

“Təəccüblənə bilərsiniz, amma ortada heç bir fikir ayrılığı yoxdur. Qarşılıqlı anlaşamalar, dostluq münasibətləri, birgə gələcək əməkdaşlıq planları var. Danışıqlar zamanı heç bir maneə ilə qarşılaşmadıq. Ümid edirəm ki, bundan sonra da hər hansı maneə ilə üzləşməyəcəyik”.

Spiker Azərbaycandan Ermənistana məhsul ixracından da danışıb:

“Azərbaycanın Ermənistana məhsul ixracı və Azərbaycan üzərində Ermənistana məhsul ixracı Ermənistanda çox müsbət qiymətlədirilir. Bunu uzun müddətdir, deyirəm ki, biz ticari əməkdaşlıq etməliyik, düşünürəm bu əməkdaşlığı daha da genişləndirməliyik. Bizim iş adamlarımız, hökumətlərimiz və aidiyyəti  qurumlar bu istiqamətdə çalışır və  bu çox yaxşı haldır. Bu istiqamətdə işləri davam etdirməli və dərinləşdirməliyik”.

A.Simonyan hər iki ölkənin Qeyri-Hökumət təşkilatlarının qarşılıqlı səfərləri ilə bağlı da fikirlərini bölüşüb:

"Qeyri-Hökumət təşkilatlarının qarşılıqlı səfərlərini çox əla qiymətləndirirəm. Bu görüşlərin necə keçirildiyini və ondan sonra hansı rəylərin verildiyini görmürsünüzmü? Biz bir-birimizi çoxdan və çox yaxşı tanıyırıq. Şükürlər olsun ki, xalqlarımız arası o qaranlıq səhifə artıq geridə qalıb. İndi isə siyasətçilər və proseslərə rəhbərlik edən şəxslər olaraq, biz bunu inkiaf etdirməli, yaxşı fürsəti qaçırmamalıyıq".

Sizə yeni x var
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?