2026-cı ildən bəri Nyu-York şəhərinin meri vəzifəsində çalışan Zöhran Mamdani 2025-ci ildə hip-hop mahnılarından 1643 dollar qonorar qazanıb. 2024-cü ildə onun qonorarları cəmi 1267 dollar olub.
Modern.az xəbər verir ki, bu barədə vergi bəyannaməsində qeyd olunub.
Qeyd edək ki, Mamdani orta məktəbdən bəri hip-hopla maraqlanır və 20 yaşlarının əvvəllərində "Young Cardamom" və "Mr. Cardamom" adları altında bir neçə mahnı yazdırıb. Mahnılarında nənəyə hörmətdən tutmuş müstəmləkəçiliyə qədər müxtəlif məsələlərə toxunur və hind motivlərindən istifadə edir. Mamdani özünü "üçüncü dərəcəli reper" kimi təsvir edir.
"Mr. Cardamom" adı ilə yayımlanan "Nani" mahnısı yeddi il ərzində YouTube-da 1,4 milyon baxış toplayıb.
Siyasətçi həmçinin Nyu-York Ştat Assambleyasının üzvü kimi 131.000 dollar qazanıb (mer olmazdan əvvəl bu vəzifədə çalışıb-red). Qrafik dizayner olan həyat yoldaşı isə 10.000 dollar qazanıb.
Mer kimi Mamdaninin illik maaşı 258.000 dollardan bir qədər çox olacaq.