Dünya Urbanizasiya Forumu çərçivəsində iki beynəlxalq konfrans təşkil olunacaq.
Modern.az xəbər verir ki, bunu WUF13 çərçivəsində Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə keçirilən “Müstəmləkə idarəçiliyinin yaratdığı ədalətsizliklər və mənzil böhranı” adlı tədbirdə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, sabah keçiriləcək beynəlxalq konfrans isə Qlobal Cənub Gənclər Platformasının üzvlərinin urbanizasiya proseslərində roluna həsr olunacaq:
“Eyni zamanda, humanitar təşəbbüslərin mərkəzinə çevrilən paytaxtımızda yaradılmış Qlobal Cənub Gənclər Platformasının ilk rəsmi görüşü də Bakıda baş tutacaq”, - deyə A.Abbasov əlavə edib.