Modern.az

Afrika rəsmisi: Mənzil hüququ insan hüququdur

Afrika rəsmisi: Mənzil hüququ insan hüququdur

Aktual

Bu gün, 16:12

Yerli və regional hökumətlər yalnız icraçı qurumlar deyil, eyni zamanda siyasi aktorlardır.

Modern.az xəbər verir ki, bunu Qambiyanın Banjul şəhərinin meri və REFELA Africa təşkilatının prezidenti Rohey Malick Lowe Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi bağlanış mərasimində bildirib.

O Azərbaycan hökumətinə və Bakı şəhərinə isti qarşılanmaya görə təşəkkür edib.

“Mənzil hüququ insan hüququdur və ləyaqətli mənzil təminatı hamı üçün əlçatan, keyfiyyətli və dayanıqlı xidmətlər olmadan mümkün deyil”.

Nümayəndə onu da əlavə edib ki, yerli və regional hökumətlərə səlahiyyət, maliyyələşmə və siyasi tanınma lazımdır:

“Biz yalnız qərarların icraçısı deyilik, həm də qlobal öhdəliklərin formalaşmasında iştirak etməliyik. Bu məsələ təkcə siyasətlə bağlı deyil, həm də etimad, demokratiya və çoxtərəfliliyin gələcəyi ilə əlaqədardır”, - deyə o qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı