Modern.az

İstirahət təhlükənin başladığı anda bitir!

İstirahət təhlükənin başladığı anda bitir!

Aktual

11 İyul 2014, 10:48


Elmi-texniki  inkişaf  cəmiyyətimizdə insan  həyatı üçün təhlükə yarada  biləcək texnogen amillərin sayını artırmaqdadır. Bununla  yanaşı  təbii  fəlakətlər  və  real təhlükə  qismində cıxış  edən təbii amiilər sanki hər  an  insaların ehtiyyatsızlığını gözləyir və  təssüflər   olsun  ki, bu   ehtiyyatsız  davranışların  heç birini  təbiət  bağışlamır.  Nəticədə təbi  fəlakətlər,  bədbəxt  hadisələr  həyatımızın ayrılmaz  bir  hissəsinə  çevrilir. Ona görə də insanlar həyat və ya məişət təhlükəsizliyi ilə bağlı biliklərini, bacarıqlarını  hər gün bir az daha artırmalı və bu bilikləri ətrafdakı insanlara da çatdırmalıdırlar. Təssüf ki, bu gün ölkəmizdə əksər vətəndaşlar bu məsələyə həvəsli görünmür və ya bu sahədə o qədər də maraqlı deyillər. Bu  isə   insanların  elementar  təhlükəsizlik  qaydalarını  bilməmələri  və ya  onlara  əməl  etməmələrinə gətirib çıxarır. 

Artıq yay fəsli  ozünün  ən  isti  üzünü  göstərməkdədir. İnsanlar  bu  istilərdən qorunmaq, sərinləmək üçün  çimərliklərə və digər su  hövzələrinə  üz  tuturlar. Amma təəssüf ki, su hövzələrinə istirahət məqsədi ilə üz  tutan insanların əksəriyyəti  heç bir təhlükəsizlik qaydaları ilə tanış deyil. Təbii ki,  bu  da  son nəticədə  bədbəxt  hadisələrin baş verməsinə əvvəlcədən zəmin hazırlayır. 

Təcrübə göstərir ki, sularda  baş verən boğulma  hadisələrin səbəbi adətən vətəndaşların çimərlikdə davranış qaydalarını bilməmələri ilə yanaşı, eyni zamanda  çimərlikdə fəaliyyət  göstərən  xilasedicilərin   tələblərinə  məhəl  qoymamaları ilə bağlıdır. Bəzən insanlar  o qədər istirahtə, əyləncəyə alüdə olurlar ki, gözlərinin önündəki təhlükəyə  fikir belə verm, əyləncə ilə təhlükənin arasında olan o incə, amma dərin səddi görə bilmirlər. Bunu isə ancaq həyatla ölümün arasındakı sərhəddə get-gəl yaşayanda  başa düşürlər.  Ona görə də  unutmaq olmaz ki, İstirahət təhlükənin başladığı anda bitir!  Bunu bilməyənlər çoxdur, əməl etməyənlərin əksəriyyəti isə artıq aramızda yoxdur.

Doğurdanmı insanlar istirahət məqsədi  ilə çimərliklərə yallanarkən həyatları  bahasına  olsa  belə, elementar  davranış qaydalarına əməl etmək istəmirlər?

Bu sualı çimərliyə üz tutan insanlar yola düşməzdən və ya suya girməzdən əvvəl özlərinə  versələr daha yaxşı olar...!

Bu  günlərdə məktəblərin, təhsil  ocaqlarının yay tətilində olmasını  fürsət  bilən azyaşlılar, valideyinləri  ilə və ya təkbaşına, doslarla  kütləvi  şəkildə çimərliyə (bəzən də çimmək üçün qadağan olunmuş su hövzələrinə)  üz  tuturlar. Onların əksəriyyəti  çimərliyə  üzməyə  yox  oynamağa-qaçmağa vaxtını maraqlı  keçirməyə  gəlirlər. Məsələn  futbol, voleybol..  Bəzən də  voleybolu  dənizin içərisində  oynayırlar. Əslində ilk baxışdan burda  təhlükəli bir şey görünmür. Amma... amma ki,  hər  şey    topun  dərinliklərə  getməsi ilə  başlayır.  Topu gətirmək üçün  üzə bilməyən bir uşağın topun arxasınca suyun dərinliklərinə doğru  getməsi isə artıq bədbəxt hadisənin  başlanğıcı sayıla  bilər!  Nəzərə alsaq ki, uşaq dənizə dosları ilə və ya tək gəlib onda demək olar ki, artıq bədbəxt hadisəyə əvvəlcədən zəmin hazırlanmışdır. Təəssüf  ki, valideyinləri ilə gələn uşaqlar da  bu cür səhvə yol verəndə əksər hallarda  nəticə dəyişmir. Çunki  həmin vaxt  əksər  valideyinlərin  heç  bundan  xəbəri  olmur. Ona  görə ki,   onlar  gətirdiyi  yemək içməklə  uşağın qarnını  doyurandan  sonra  işini  bitmiş  hesab edir və başları öz istirahətlərinə qarışır. Bu  isə  real  təhlükə  mənbəyinin  valideyinlər  tərəfindən  yaradılmasından  başqa  bir  şey  deyildir.



Təqdim olunan bu misal  su hövzələrində təhlükəsizlik qaydalarının pozulması ilə bağlı  bir hadisəni əks etdirir. Amma hər gün onlarla və ya  yüzlərlə insanlar tərəfindən sularda istirahət zamanı  müxtəlif  təhlükəsizlik qaydalarının kobud şəkildə pozulması hadisəsi baş verir.  Bu hadisələri göz önündə canlandırmaq  üçün, elə 2014-cü il ərzində  ölkəmizdə su hövzələrində  baş verən boğulma hadisələri ilə bağlı  çoxlu misallar gətirmək olar.

Məsələn;
- Məktəblilər Şəhər və Rayon yerlərində evdən xəbərsiz dənizə, kanala, çaya, gölə çimməyə gedir. 
 - Şəhərdən qonaq gələn (və ya kənddən) gənclər, yeniyetmələr tanımadıqları su hövzələrinə sərinləmək üçün  girirlər.
- Çimərlikdə və ya çimmək üçün qadağan olunan dəniz sahilində,  kanal, göl sahilində yeyib-içən insan sərxoş vəziyyətdə elə həmin  ərazidə çimmək istəyir.
 - Su hövzəsi ətrafında yerləşən kənddən, qəsəbədən bir neçə uşaq nəzarətsiz halda (bəzən də onları heç kim görməsin deyə) heç kimin olmadığı qadağan olunmuş ərazidə çimməyə çalışır.
- Çimərliyə gələn şəxs dəfələrlə xilasedicilərin onlara xəbərdarlıq etməsinə baxmayaraq  uzağa üzür, qadağanedici lövhələrin tələblərinə əməl etmir. və.s.

Bu cür hadisələrin əsas səbəbi isə təhlükəsizlik və davranış qaydalarına əməl olunmaması ilə yanaşı valideyinlərin məsuliyyətsizliyi nəticəsində uşaqların nəzarətsiz qalması ilə bağlıdır. Eyni zamanda çimmək üçün qadağan olunan dəniz sahili, çaylar, göllər, kanallar və digər sututar  yerlərin  yerli icra  strukturları (yerli icra nümayəndələri, bələdiyyələr, yerli polis orqanları və.s.) tərəfindən nəzarətsiz buraxılması, insanlar arasında heç bir maarifçilik işinin aparılmaması, həmin ərazidə  qadağanedici lövhələrin quraşdırılmaması ilə bağlıdır.   

Ümumiyyətlə hər bir istirahətə yollanan şəxsin təhlükəsizlik qaydalarını öyrənməli, harda  və necə çimmək olar? sualına cavab tapdıqdan sonra su hövzələrində istirahətə yollanmalıdır.  

Çimərlikdə istirahət edən insanlar hansı qaydalara riayət etməlidir.

Çimərlikdə 13 yaşdan aşağı uşaqları nəzarətsiz qoymaq olmaz!

Sərxoş halda çimərlik ərazisinə daxil olmaq və çimərlikdə spirtli içki qəbul edib suya girmək qadağandır!

Qadağan olunmuş yerlərdə çimmək olmaz!

Su obyektləri və onların sahillərini məişət və digər tullantılarla çirkləndirmək qadağandır!

Uşaqlara çimərlikdən yalnız valideynlərin müşayəti ilə istifadə hüququ verilir!

Su hövzələrində, çimərlikdə qadağanedici xəttlərdən uzağa üzmək qadağandır!

Çimərlik ərazisində balıq tutmaq və tor atmaq olmaz!

Çimərlik ərazisinə qayıqların və kiçik həcmli gəmilərin daxil olması qadağandır!

Çimərlik ərazisində xilasedicilərin tələblərinə sözsüz əməl olunmalıdır!

Mansur Piriyev
FHN  Dövlət Sularda Xilasetmə Xidmətinin  sektor müdiri

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı