Modern.az

Azərbaycandan Ermənistana 7 vaqon buğda göndəriləcək

Azərbaycandan Ermənistana 7 vaqon buğda göndəriləcək

Aktual

Bu gün, 10:55

Rusiyadan Ermənistana növbəti buğda tədarükü Azərbaycandan tranzit keçəcək

Modern.az-ın əldə etdiyi məlumata görə, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti buğda tədarükü həyata keçiriləcək.

Məlumata əsasən, 7 vaqon olmaqla ümumilikdə 490 ton buğda iyunun 16-da Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınacaq.

Yükün daha sonra Azərbaycan ərazisindən tranzit keçərək Ermənistana çatdırılması nəzərdə tutulur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ