Ağ Evdə ABŞ-nin yaradılmasının 250 illiyi ilə bağlı keçirilən UFC yüngül çəki çempionluğu döyüşündə İspaniyanı təmsil edən gürcü əsilli döyüşçü İliya Topuriya gözlənilmədən məğlub olub.
Modern.az xəbər verir ki, gecənin əsas döyüşündə 70 kq çəki kateqoriyasında məğlubedilməz 29 yaşlı UFC çempionu, ispan-gürcü əsilli İliya Topuriya ilə müvəqqəti UFC yüngül çəki titulunun sahibi, amerikalı Castin Qeycidən texniki məğlubiyyət alıb.
Gərgin və yüksək tempdə keçən qarşılaşmanın dördüncü raundunda həkimlər gözündən ağır zərbə alan Topuriyanın döyüşü davam etdirməsinin təhlükəli olduğunu bildirərək görüşü dayandırıblar. Nəticədə texniki nokautla qalib elan olunan Qeyci UFC-nin yüngül çəki üzrə yeni çempionu adına yiyələnib.
Bu məğlubiyyət Topuriyanın peşəkar MMA karyerasında ilk uğursuz nəticə kimi tarixə düşüb. İndiyədək məğlubiyyət üzü görməyən ispan-gürcü əsilli döyüşçünün məğlubedilməzlik seriyası məhz bu qarşılaşmada sona çatıb.
Beləliklə, Castin Qeytci karyerasının ən mühüm qələbələrindən birini əldə edərək UFC-nin yüngül çəki divizionunda yeni dövrün əsas fiquruna çevrilib.