Modern.az

Qızılın qiyməti yenidən sürətlə ARTIR

Qızılın qiyməti yenidən sürətlə ARTIR

İqtisadiyyat

Bu gün, 11:56

Qlobal əmtəə bazarlarında qiymətli və sənaye metallarının qiymətlərində artım qeydə alınıb.

Modern.az xəbər verir ki, COMEX birjasında qızılın avqust fyuçerslərinin qiyməti əvvəlki sessiya ilə müqayisədə 87,8 dollar və ya 2,07 faiz artaraq 4 326,6 dollar/unsiyaya yüksəlib. Spot qızılın qiyməti isə 86,74 dollar və ya 2,06 faiz bahalaşaraq 4 306,07 dollar/unsiya təşkil edib.

Gümüşün iyul fyuçersləri də yüksəliş nümayiş etdirib. Belə ki, qiymət 2,23 dollar və ya 3,27 faiz artaraq 70,20 dollar/unsiyaya çatıb.

Sənaye metalları arasında misin sentyabr fyuçerslərinin qiyməti 8,3 sent və ya 1,28 faiz artaraq 658,95 sent/funt olub.

Platin də bahalaşan metallar sırasında yer alıb. Metalın spot qiyməti 41,66 dollar və ya 2,42 faiz yüksələrək 1 762,4 dollar/unsiyaya çatıb.

Ekspertlər qiymətli metallara tələbin artmasını qlobal geosiyasi risklərin yüksəlməsi və investorların təhlükəsiz aktivlərə marağının güclənməsi ilə əlaqələndirirlər. Bu amillər bazarda qızıl, gümüş və digər metallara olan tələbi artıraraq qiymətlərin yüksəlməsinə təsir göstərib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ