Modern.az

BMT Təhlükəsizlik Şurasının veto hüququ ləğv edilməlidir - Ərdoğan

BMT Təhlükəsizlik Şurasının veto hüququ ləğv edilməlidir - Ərdoğan

Aktual

22 Sentyabr 2026, 12:25

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) köklü islahatların aparılmasının vacibliyini növbəti dəfə bəyan edib.

Modern.az xəbər verir ki, Türkiyə dövlət başçısı qurumda veto hüququnun ləğv olunmasına çağırıb.

Ərdoğan bildirib ki, veto hüququ ləğv edilməlidir ki, heç bir dövlət dünya əksəriyyətinin iradəsini təkbaşına bloklamaq imkanına malik olmasın.

Təşkilatın mövcud strukturunu tənqid edən Türkiyə lideri, həmçinin daimi üzvlük prinsipindən tamamilə imtina etməyi təklif edib. Onun sözlərinə görə, BMT TŞ-yə ölkələr müəyyən olunmuş müddətə və rotasiya qaydasında seçilməlidirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhədimizdə yeni gərginlik - Müharibə hazırlığı başladı