Modern.az

İrandan Bakıya uçuşlar davam edir

İrandan Bakıya uçuşlar davam edir

Aktual

Bu gün, 16:04

İranın milli aviadaşıyıcısı “Iran Air” İstanbul, Bakı və Nəcəf istiqamətlərində uçuşların planlaşdırıldığı kimi davam etdiyini açıqlayıb.

Modern.az xəbər verir ki, bununla bağlı aviaşirkətdən "Tasnim" xəbər agentliyinə bildirilib. 

Şirkətdən qeyd edilib ki, indiyədək Türkiyə, Azərbaycan Respublikası və İraqın mülki aviasiya qurumlarından İstanbul, Bakı və Nəcəf istiqamətlərində uçuşların dayandırılması və ya ləğv olunması ilə bağlı heç bir rəsmi göstəriş və ya təlimat daxil olmayıb.

“Hazırkı vəziyyətə əsasən və hər hansı rəsmi bildiriş daxil olana qədər bu istiqamətlər üzrə uçuş cədvəli əvvəlki qaydada davam edəcək”, - deyə aviaşirkətin açıqlamasında bildirilib.

Qeyd edək ki,ABŞ-nin maliyyə naziri Skott Bessentin İran aviaşirkətlərinin dünya üzrə fəaliyyətinin sentyabrın 23-dən faktiki olaraq dayandırılmasının nəzərdə tutulduğunu bildirib. Bessent xəbərdarlıq edib ki, İran aviaşirkətlərinə yanacaq, eniş xidmətləri və ya aviabilet satışı təmin edən xarici şirkətlərin ABŞ dolları maliyyə sistemindən çıxarılması mümkündür.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi sentyabrın 8-də İranın aviasiya sektoruna bağlı 36 quruma qarşı sanksiyalar tətbiq edib. Sanksiyalar Vaşinqtonun İrana qarşı daha geniş sanksiya kampaniyası çərçivəsində daha əvvəl sanksiyaya məruz qalmayan İran aviaşirkətlərini də əhatə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı