Modern.az

Paşinyan ərazi mübadilələrinin tarixini açıqladı

Paşinyan ərazi mübadilələrinin tarixini açıqladı

Aktual

Bu gün, 12:40

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə anklav və eksklavların mövcudluğu, eləcə də ərazi mübadiləsi məsələsinə yenidən münasibət bildirib.

Modern.az xəbər verir ki, Paşinyan bu gün keçirdiyi brifinqdə məsələnin həlli üçün ilk növbədə sərhədin delimitasiyasının aparılmalı olduğunu vurğulayıb.

Baş nazirin sözlərinə görə, həm Ermənistanda, həm də Azərbaycanda bu məsələnin müvafiq həll yolunun tapılması zərurəti ilə bağlı anlayış getdikcə konkretləşir.

“Ermənistan-Azərbaycan sərhədinin hər iki tərəfində anklav və eksklavlar olmamalıdır. Hiss edirəm ki, həm Ermənistanda, həm də Azərbaycanda müvafiq həll yolunun tapılmasının zəruri olduğu barədə anlayış getdikcə daha konkret xarakter alır”,- deyə Paşinyan bildirib.

Paşinyan, həmçinin Ermənistanın sülhün institusionallaşdırılması prosesinin yekun mərhələsinə daxil olduğunu bildirib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Güneylilərdən Türkiyəyə sərt etiraz - Zülmlərimizə niyə susursunuz?