Modern.az

Ruslan Quliyev vəfat etdi

Ruslan Quliyev vəfat etdi

Allah rəhmət eləsi̇n

Bu gün, 14:11

Dərin hüznlə bildirirəm ki, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, “Milenium Konqres Turizm” şirkətinin rəhbəri, turizm sahəsinin tanınmış mütəxəssisi Ruslan Quliyev vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə deputat Göydəniz Qəhrəmanov sosial şəbəkə hesablarında paylaşım edib.

"Ruslan müəllimin vaxtsız itkisi Azərbaycan turizm ictimaiyyəti üçün ağır itki olmaqla yanaşı, onu tanıyan hər kəs üçün böyük kədərdir. O, uzun illər ərzində ölkəmizdə turizminin inkişafına öz töhfələrini vermiş, peşəkarlığı, təşəbbüskarlığı və insanpərvərliyi ilə seçilmişdir.

Mərhumun ailəsinə, yaxınlarına, həmkarlarına və bütün turizm ictimaiyyətinə dərin hüznlə başsağlığı verir, Allahdan Ruslan müəllimə rəhmət diləyirəm" - deputat paylaşımında bildirib.

Allah rəhmət etsin!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Ermənistana sərt sözlər - Seçkidə SAXTAKARLIQ VAR!