Modern.az

Azərbaycanın Portuqaliyada səfirliyi açılacaq

Azərbaycanın Portuqaliyada səfirliyi açılacaq

Parlament

8 İyun 2026, 12:06

Azərbaycanın Portuqaliyada səfirliyinin yaradılması nəzərdə tutulur.

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iyunun 5-də keçirilən onlayn iclasının gündəliyinə daxil edilib.

Belə ki, komitə iclasında “Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi müzakirə olunacaq.

Qeyd edək ki, layihə qəbul edilərsə, Azərbaycanın Portuqaliyadakı diplomatik təmsilçiliyi Lissabon şəhərində fəaliyyət göstərəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıya dil uzadan Saral payını aldı - Ərdoğan niyə indi onu qovdu?