Modern.az

Ermənistan KTMT-yə üzvlük haqqını ödəməyib

Ermənistan KTMT-yə üzvlük haqqını ödəməyib

Dünya

Bu gün, 13:50

Ermənistan 2025-ci il üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlük haqqını ödəməyib.

Modern.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

Nazirin sözlərinə görə, bu qərarın səbəbi ölkəsinin təşkilatın fəaliyyətində iştirak etməməsidir.

“Biz üzvlük haqqını sadə bir səbəbə görə ödəməmişik. Çünki təşkilatın fəaliyyətində iştirakımız ümumiyyətlə olmayıb”, - deyə Mirzoyan qeyd edib.

Qeyd edək ki, Ermənistan 2024-cü ildən etibarən KTMT-də iştirakını dondurduğunu açıqlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Ermənistana sərt sözlər - Seçkidə SAXTAKARLIQ VAR!