Modern.az

Fransa Kiprə qoşun yeridir - Türkiyəyə TƏHDİD

Fransa Kiprə qoşun yeridir - Türkiyəyə TƏHDİD

Dünya

Bu gün, 14:22

Fransa Kiprdə hərbi mövcudluğunu genişləndirir.

Modern.az xəbər verir ki, Politico-nun məlumatına görə, iyunun 8-də Fransa və Cənubi Kiprin müdafiə nazirləri qüvvələrin statusu haqqında saziş (SOFA) imzalayacaqlar. Sənəd Fransa hərbçilərinə ada ərazisinə çıxış imkanı yaradacaq.

Fransa Prezidenti Emmanuel Makron bu sazişin imzalanması planlarını hələ aprel ayında Kiprə səfəri zamanı açıqlamışdı. Kipr Prezidenti Nikos Xristodulidis bildirib ki, razılaşma “humanitar məqsədlərlə Kipr ərazisində Fransa qüvvələrinin mövcudluğunu təmin edəcək” və regional əməkdaşlığı gücləndirəcək.

Politico-nun məlumatına görə, saziş hərbi koordinasiya, müdafiə texnologiyalarının mübadiləsi və birgə təlimləri də əhatə edir.

Məlumata əsasən, iki ölkə arasında yaxınlaşmanın əsas səbəblərindən biri mart ayında İran pilotsuz uçuş aparatının Kiprə hücumu olub.

“Kiprə hücum ediləndə Avropaya hücum edilmiş oldu”, – Makron həmin vaxt bildirmişdi.

Fransanın “Şarl de Qoll” aviadaşıyıcısı və onun zərbə qrupu may ayından etibarən regionda fəaliyyət göstərir.

Xatırladaq ki, Kipr adası 1974-cü ildən iki yerə ayrılıb. Adanın şimalında türk, cənubunda yunan icması yaşayır. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Ermənistana sərt sözlər - Seçkidə SAXTAKARLIQ VAR!