Modern.az

Azərbaycanda sosial şəbəkələrin siyahısı hazırlanacaq 

Azərbaycanda sosial şəbəkələrin siyahısı hazırlanacaq 

Parlament

Bu gün, 13:01

Sosial media platformalarında daim monitorinq və nəzarət mexanizmlərini tətbiq etməkdə fayda var. 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov bildirib.

Onun sözlərinə görə, layihədə göstərildiyi kimi sosial media platformalarının siyahısı müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən ediləcək:

"Hesab edirik ki, həmin siyahı tez-tez monitorinq edilməlidir. Texnologiya çox sürətlə inkişaf edir. Bir neçə aydan sonra hansı sualla qarşılaşacağımızı bilmirik. Bu səbəbdən daim monitorinq və nəzarət mexanizmlərini tətbiq etməkdə fayda var".

Sizə yeni x var
Keçid et
Ermənistanda QARŞIDURMA BAŞLADI - Seçkinin nəticələri açıqlanır