26 Oktyabr 2016, 15:33 | Ana Səhifə - Yazılar - Qoru özünü!..
Qoru özünü!..

QABİL


Fələk özü bilər neynəyər sənə,
Hiylədən, kələkdən qoru özünü!
Səndə nə işi var pələngin, şirin,
Hünüdən, milçəkdən qoru özünü!

***

Böyük adamların işi başqadır,
Xırda adamlardan qoru özünü!
Açığın-aşkarın işi başqadır,
Örtülü bazardan qoru özünü!

***

Eybi yox, kükrəsin qasırğa, tufan
Oğrun yeldöyəndən qoru özünü!
Xoşun gəlməsə də qaraqabaqdan
Dili “can” deyəndən qoru özünü!

***

“Qul xətasız olmaz, ağa kərəmsiz”
Xəta heç. Günahdan qoru özünü!
Nəfsin vicdanında qoy salmasın iz
Kəmşirin tamahdan qoru özünü!

***

Elə hey deyirsən: “Şeytana lə’nət!”
Özünə lə’nətdən qoru özünü!
Özünə xəyanət – dəhşət xəyanət
Dəhşət xəyanətdən qoru özünü!

***

Mö’cüzə peyğəmbər şə’ninə şayan
Yerişin itəndə qoru özünü!
Elə ki, sallandın dalay-dalaydan
Söz-sovun bitəndə qoru özünü!

***

Qürurun əlçatmaz zirvəsi aləm.
Sən oxlov udannan qoru özünü!
Qaydadır aşığa dəmkeş tutar dəm.
Şaha dəm tutannan qoru özünü!

***

Ovqatın gülüdür gülüb danışmaq
Şit-şit irişənnən qoru özünü!
Üzdə şapalağı unudan uşaq,
Dalda goreşəndən qoru özünü!

***

Gözəldir aralı, şehli tər çiçək
Dərmanlı çiçəkdən qoru özünü!
Dönüb ruzun olar hər daş, hər kəsək
Minnətli çörəkdən qoru özünü!

***

Səma yeddi rəngdə, yeddi çalarda
Rəngi qarışanda qoru özünü!
Yer-göy bir hamarda, bir ixtiyarda
Üzü qırışanda qoru özünü!

***

Ay hələ... hələ ki, yaşıl yarpağım
Sarı yarpaqlardan qoru özünü!
Qızılbaş köhnəsi – ay qürub çağım,
Qoru! Qorxaqlardan qoru özünü!

***

Ehtiyat igidin yaraşığıdır
Sən də yaraşıqla qoru özünü!
Ömür Ay işığı, gün işığıdır
Bu qoşa işıqla qoru özünü!


25 iyul 1995

 

Xankəndinin deputatı erməni həmkarının cavabını verdi 21 İyun 2021, 21:21 Ceyhun Bayramov BMT-nin ali nümayəndəsi ilə görüşdü 21 İyun 2021, 21:07 Ucarda zəncirvari yol qəzası - xəsarət alan var 21 İyun 2021, 20:58 Ərdoğandan Qərbə Qarabağ ÇAĞIRIŞI 21 İyun 2021, 20:43 ABŞ-dan Belarusa qarşı yeni sanksiyalar 21 İyun 2021, 20:33 “Hər dəqiqə ərzində 250 yoluxma, 6 ölüm var” - Tedros Qebreyesus 21 İyun 2021, 20:19 Türkiyədə iki terrorçu məhv edildi 21 İyun 2021, 20:06 Polis əməkdaşı xidməti silahla özünü güllələdi 21 İyun 2021, 19:57 Şuşa Bəyannaməsi tarixi əhəmiyyətli sənəddir 21 İyun 2021, 19:40 ÜGT Siyasi Komissiyasının sessiyası keçirilir - FOTO 21 İyun 2021, 19:33 Peyvənd-Sağlamlığımız öz əlimizdədir 21 İyun 2021, 19:25 “Şuşa Bəyannaməsi” Azərbaycan-Türkiyə münasibətlərində yeni səhifə açır 21 İyun 2021, 19:08 Əli Əsədov Qazaxıstan baş nazirinin müavini ilə görüşüb 21 İyun 2021, 19:00 Şəkidə biçilməmiş taxıl sahəsi yanıb 21 İyun 2021, 18:53 Şəhid ailəsi və qazinin evinə qaz verildi 21 İyun 2021, 18:49 MEDİA-nın Aljazeera Media İnstitutu ilə əməkdaşlığı müzakirə olundu - FOTO 21 İyun 2021, 18:39 Azərbaycan və Pakistan birgə təlimlər keçirəcək - FOTO 21 İyun 2021, 18:21 Deputat səfirlə Azərbaycan-Misir münasibətlərini müzakirə etdi 21 İyun 2021, 18:07 YAP hesabat konfranslarına start verdi 21 İyun 2021, 18:02 Füzulidə 3 hərbçinin qalıqları aşkar olundu 21 İyun 2021, 17:58 Bahar Muradovadan Paşinyanın qələbəsinə REAKSİYA 21 İyun 2021, 17:57 Avropa İttifaqından Paşinyana TƏBRİK 21 İyun 2021, 17:52 Son sutkada 215 nəfərə vaksin vurulub 21 İyun 2021, 17:47 Yoluxma minimuma düşdü - 1 nəfər öldü 21 İyun 2021, 17:41 Azərbaycanlı deputat AŞPA-da Ermənistana təzyiq göstərməyə ÇAĞIRDI 21 İyun 2021, 17:37 Türkiyəli deputat Paşinyanı təbrik etdi 21 İyun 2021, 17:36 Daha Azərbaycan-Türkiyə qardaşlığının qarşısını heç bir qüvvə ala bilməz - Deputat 21 İyun 2021, 17:28 Baş nazir “Azərbaycan dilinin orfoepiya normaları”nı təsdiqlədi 21 İyun 2021, 17:16 BMT-nin qarşısında azərbaycanlı jurnalistlər yad edilib 21 İyun 2021, 17:13 Gürcüstan baş naziri Nikol Paşinyanı təbrik etdi 21 İyun 2021, 17:04 Ölkədə anomal istilər gözlənilir - XƏBƏRDARLIQ 21 İyun 2021, 16:58 Azərbaycanlı həkim:Danimarkalı futbolçunun ürəktutmasına COVID-19 səbəb olub” 21 İyun 2021, 16:56 Rusiya erməniləri seçkilərin nəticəsini qəbul etmədi 21 İyun 2021, 16:55 Paşinyanın qələbəsi: nələr gözlənilir? - TƏHLİL 21 İyun 2021, 16:46 Azərbaycan vətəndaşlığına qəbul edilənlər and içdilər - FOTOLAR 21 İyun 2021, 16:42
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?