20Noyabr | Ana Səhifə - Yazılar - Vəli Məmmədovla bağlı XATİRƏLƏR
Vəli Məmmədovla bağlı XATİRƏLƏR

Mahir Qabiloğlu 

 

Vəli Məmmədov Yardımlıda doğulub. Mənim ana-babam, nənəm də ordandır. Çünki atam Qabil ordan evlənib. Sonra da məni ordan evləndirib.

Bacı-qardaşlarını, anasını çox görsəm də, Vəli müəllimlə cəmi iki dəfə rastlaşmışam. O da ki, 10 və 25 yaşımda. Amma atam onun haqqında çox danışırdı. Xətrini çox istəyirdi. Tərifləyirdi. Tərifi isə əsasən iki sözdən ibarət olurdu: “Təmiz adamdır”.

 

İLK TANIŞLIQ

 

1976-cı ildə atama, daha doğrusu Qabilin “Nəsimi” poemasına Azərbaycan SSR Dövlət Mükafatı verdilər. Təqdimat mərasimi Siyasi Maarif Evində təşkil olunmuşdu. Səhv etmirəmsə həmin binada indi Konstitutsiya Məhkəməsi yerləşir. Atamın göstərişiylə anam, mən 10 yaşlı Mahiri qəşəng geyindirdi, saçımı daradı. Və atam əlimdən tutaraq başladıq üzü Qoşa Qala qapısına, üzr istəyirəm, adını səhv dedim, İçərişəhərin Şamaxı darvazalarına tərəf addımlamağa. Demə təqdimat mərasimi bura yaxın binada olacaqmış.  Qapıya yaxınlaşdıq. İndiki dildə desək, Prezident oxranası qabağımızı kəsdi. Atama bir söz demədilər. Amma 10 yaşlı uşağın içəri keçməyəcəyini laureat Qabilin nəzərinə çatdırdılar. Atam başladı onlarla mübahisəyə:

–       Oğlum da mənimlə keçəcək!

–       Keçməyəcək, Qabil müəllim. Uşaqlara icazə yoxdur.– deyə mühafizəçilər mədəni surətdə cavab verirdilər.

–       Mən deyirəm ki, keçəcək! – atam səsini bir az da qaldırdı.

–       Qabil müəllim, icazə yoxdur.

–       Onda mən də qatılmıram tədbirə! – deyib üzünü çevirib getmək istəyirdi ki, səs-küyə gələn bir kişi atamı arxadan qucaqladı.

–       Qabil, hara gedirsən? Mükafatı mənə verəcəklər? – deyə gülə-gülə onu saxladı. Atam çevrildi. Hirsindən əlamət qalmadı. Qucaqlaşıb-öpüşdülər.

Hər ikisi əlimdən tutub içəri keçdik. Mən onda ağıllı, sakit uşaq idim. Özümü yaxşı aparırdım. Heç bir artıq sual vermirdim. İndiki kimi deyildim. Girdik zala. Oturduq. Hamı Heydər Əliyevin gəlməyini gözləyirdi. Məni qəribə-qəribə süzürdülər. Birdən atam:

–       Mahir, o kişini tanıdın?

–       Yox.

–       Vəlidir də... Vəli Məmmədov. Yardımlıdandır. Təmiz adamdır. Bax, bu binanın direktoru odur. Həm də Mərkəzi Komitədə zamzavotdel (Təbliğat-Təşviqat şöbəsinin müdir müavini) işləyir.

 


ƏLİ-VƏLİ

 

Bu əhvalatdan bir il keçmişdi. Yardımlıdaydıq. Şəhərə qayıtdıqdan sonra atam salfetkaya yazdığı bir şeiri kağıza köçürürdü. İkinci dəfə Vəli Məmmədovu onda tanıdım. Xüsusi izahla verilmiş şeirin adı “Əli-Vəli” idi.

 

Köhnə dostum Vəli Məmmədov Yardımlıdandır. Ata-baba evləri indi də oradadır. Vəli Qələbə bayramı günlərində şair Əli Tudəni o səfalı yerlərə qonaq aparmışdı. İş elə gətirmişdi ki, mən də orada olmuşdum. Lakin dostlarımın gəlişindən ancaq Bakıya qayıdan günü xəbər tutdum. Vəligilə gəldim ki, həm Əliylə, həm Vəliylə görüşüb yola çıxım. Məni çox mehribanlıqla qarşılayan Vəlinin bacı-qardaşları və anası Berta xala bildirdi ki, Vəli Əlini Bərcan kəndinə gəzməyə aparıb. Deyirlər oradan Savalan aydın görünür...

Mən elə oradaca xəlvət bir yerə çəkilib həmin şeiri yazdım və əl yazımı Vəligildə qoyub Lənkərana, oradan da Bakıya qayıtdım.

 

Bülbül qızılgülün qurbanı olar,
Bülbül cəh-cəh vurar bahar gələli.
Bu güllü-bülbüllü dumanlı dağlar
Deyir ki, xoş gəlib Əliylə Vəli. 

Yardımlı Vəlinin ana qucağı,
Əliyə “Xoş gəldin” deyir bu ana.
Saçları ağarmış Savalan dağı
– Vəli, qoyma! – deyir – Əli odlana.

 

Vəlisiz Yardımlı lap bihudədir,
Ağıllı oğluyla ana fəxr edər.
Vəlinin qonağı Əli Tudədir
Yox, qonaq saymayır şairi ellər.

 

Əli də, Vəli də qoşa qanadım,
Vəli iradəmdir, Əli ilhamım.
Mənim bu dünyada şöhrətim, adım –
Əliyə, Vəliyə vahid inamım!

 

Gəldim görüşünə, olmadın evdə,
Boynuna qol saldım Berta xalanın.
Dedi: “Bərcandadır, Əliylə kefdə,
Qonağı Əlidir Vəli balamın”.

 

Qədəmi mübarək qərib şairin...
Yox, Vəli qoymaz ki, Əli kövrələ.
Sorağı Bərcandan gəlib şairin,

Gözlə, Savalandan gələcək hələ...

1977

 

“İNSAN DAY BU QƏDƏR DƏ TƏMİZ OLMAZ DA...”

 

Atamla anamın söhbətindən:

–       Ay Bəyim, Vəlinin qardaşını işdən çıxarıblar.

–       Vəli o boyda vəzifədə... Nə əcəb?

–       O boyda zamzavotdel...heç zəng edib deməyib də ki, işiniz olmasın onunla. İnsan day bu qədər də təmiz olmaz da... Axı qardaşındır.

 

RAYKOM KATİBİ VƏ NEMƏT PƏNAHLI     

 

Vaxt keçdi, il dolandı. Ara qarışdı. Mitinqlər  qızışdı. İdarəetmə zəiflədi. Mərkəzi Komitə rəhbərliyinin yadına düşdü ki, bəs onun sıralarında Vəli Məmmədov kimi təmiz, ömründə rüşvət almayan, bacarıqlı kadrlar varmış. Ayağa qalxmış xalqla yalnız belələri dil tapa bilərlər. Vəli Məmmədovu Bakının mərkəzi rayonu sayılan – mitinqlərin vüsət aldığı Lenin meydanının qeyri rəsmi Azadlıq meydanının yerləşdiyi rayona – 26-lar rayonuna, indiki dildə desək, icra başçısı təyin edirlər.

 

İlk meydan hərəkatı yatırıldıqdan, Nemət başda olmaqla bir qrup adam həbs olunduqdan sonra yerlərdə yığıncaqlar keçirilir. Yazıçılar İttifaqı bu rayonun ərazisində olduğundan Qabil də dəvətlilər sırasındaymış. Vəli Məmmədov çıxışında Nemət Pənahovu “malçişka” adlandırır... Atam buna dözmür. Ayağa durub:

–       Ay Vəli, belə çıxır ki, neçə aylardır bu boyda xalqı meydanda “malçişka” idarə edirmiş? – deyib, zaldan çıxır.

 

İKİNCİ GÖRÜŞ VƏ SON

 

Həyat yoldaşımın əmisi oğlu Camal 30 yaşında rəhmətə getmişdi.  Qudasının qardaşı və dostu Höccət Əkbərova başsağlığı vermək üçün atamla rayona getdik. Elə təzəcə çatıb, əyləşmişdik ki,  qapı açıldı. Sadə geyimdə iki nəfər girdi içəri. Onlardan birini tanıdım. Vəli Məmmədov idi. Höccət kişini özünə yaxın dost bilirdi. Oğlunu itirmiş ata kövrəldi. Sanki onun gəlişini gözləyirdi bu ağır günündə...

Höccət Əkbərov kimdir? Yardımlının ziyalısıdır. 20 noyabr vertolyot qəzasında həlak olanlarla vida mərasiminin videogörüntülərini çox izləmisiniz. Vəli Məmmədovun tabutunun başında dayanan yaşlı kişi Höccət Əkbərovdur.

Bu mənim Vəli Məmmədovla ikinci və son görüşüm idi. 66 gündən sonra isə qəzada həlak oldu. Silahdaşlarıyla birlikdə.

Allah hamısına rəhmət eləsin!

MÜƏLLİFİN DİGƏR YAZILARI
Abel Məhərrəmovun kürəkəni Türkiyədə vəfat etdi 24 Avqust 2019, 13:10 Türkiyədə Nəsiminin 650 illiyinə həsr olunmuş sikkə buraxılıb 24 Avqust 2019, 13:03 Hitler Almaniyası SSRİ-yə qalib gəlsəydi, Azərbaycanı nə gözləyirdi? - Tarixçilərdən CAVAB 24 Avqust 2019, 12:48 Türkiyənin İraqda başladığı əməliyyatın 4 hədəfi – Politoloq ŞƏRHİ 24 Avqust 2019, 12:34 Heydər Əliyev Mərkəzinin parkında konsert keçiriləcək 24 Avqust 2019, 12:31 AQTA Maarifləndirir: Ədviyyatların insan sağlamlığı üçün xeyri və ziyanları 24 Avqust 2019, 12:15 Düşmən tapdağı altındakı Xocalının SON GÖRÜNTÜSÜ 24 Avqust 2019, 12:12 Rusiyada yol qəzasında 3 Ermənisan vətəndaşı öldü 24 Avqust 2019, 12:04 Vilayət Eyvazovdan yeni TƏYİNATLAR 24 Avqust 2019, 11:52 "Qarabağ" 20 min avro cərimələndi 24 Avqust 2019, 11:38 Bakıda 18 manata görə adam döydülər 24 Avqust 2019, 11:21 Fransada G7 sammiti başlayır 24 Avqust 2019, 10:59 Azərbaycanın idxaldan ən asılı olduğu sahə... – Ekspert rəsmi statistikaya inanmır: “Şişirdilib” 24 Avqust 2019, 10:56 “Azəriqaz” istirahət günləri də çalışacaq 24 Avqust 2019, 10:51 Gürcüstanda azərbaycanlı tələbə suda boğulub 24 Avqust 2019, 10:47 Şəkidə baş verən yanğın da söndürül 24 Avqust 2019, 10:38 Paşinyanın məxfi hesabatı Azərbaycanın əlinə keçdi 24 Avqust 2019, 10:23 Hirkan Milli Parkında yanğın tam söndürülüb 24 Avqust 2019, 10:04 Planetin ağciyər XƏRÇƏNGİ – Həyəcan təbili çalmağın vaxtıdır 24 Avqust 2019, 09:55 Ermənilər cəbhədə snayperləri işə saldı 24 Avqust 2019, 09:40 İstirahət günləri hava necə olacaq? - PROQNOZ 24 Avqust 2019, 09:24 Xəzər dənizində zəlzələ olub 24 Avqust 2019, 09:06 Bizim “Cəbiş müəllim”! - Həkimlik oxudu, aktyor oldu 24 Avqust 2019, 08:55 Ulduz futbolçunun arvadı maşını belə idarə etdi - VİDEO 24 Avqust 2019, 00:51 “Beşiktaş” ilk qələbəsini qazandı 24 Avqust 2019, 00:34 Şəkidə toyda 48 yaşlı kişini bıçaqladılar 24 Avqust 2019, 00:19 Əhməd Davudoğlunun partiyası YAP adlandırıldı 24 Avqust 2019, 00:01 Azərbaycan nefti ucuzlaşdı 23 Avqust 2019, 23:46 Toydan qayıdan sürücü qəzaya düşdü: yaralılar var 23 Avqust 2019, 23:30 "İnterpol" narkotik satan azərbaycanlını axtarır 23 Avqust 2019, 23:13 “Qarabağ”ın ev oyununu rusiyalı hakimlər idarə edəcək 23 Avqust 2019, 22:57 Deputatın həbs olunan oğlunun yeni VİDEOSU yayıldı 23 Avqust 2019, 22:39 Şəkidə yanğını söndürmək mümkün olmayıb 23 Avqust 2019, 22:19 194 ölkənin axtardığı İlan İsraildə tapıldı 23 Avqust 2019, 22:03 Bakıda 8 yaşlı uşaq faciəvi şəkildə ölüb 23 Avqust 2019, 21:44