Modern.az

Nazirlərin maaşları azaldılacaq

Nazirlərin maaşları azaldılacaq

Dünya

Bu gün, 16:30

Gələn ilin dövlət büdcəsinin layihəsi hazırlanarkən, Fransanın Baş naziri Sebastyan Lekornyu nazirlik ofislərində çalışan müşavirlərin və nazirlərin məvaciblərinin azaldılması variantını müzakirə edir.

Modern.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Hökumət rəhbərinin yaxın ətrafından belə məlumat verilib:

"Baş nazir düşünür ki, əgər hökumət özü bu cür addımlar atmazsa, Fransa vətəndaşlarından fədakarlıq gözləmək qeyri-mümkündür".

Onun sözlərinə əsasən, həyata keçiriləcək bu tədbir büdcə kəsirinin kəskin şəkildə azalmasına səbəb olmasa da, sosial ədalət prinsipləri ilə tam uzlaşacaq.

Bununla yanaşı, senatorların və deputatların məvaciblərinin təqribən 10% aşağı salınması ehtimalı da gündəmdədir. Baş nazirin yaxın ətrafından bildirilib ki, bu məsələ birbaşa olaraq parlamentin səlahiyyətləri daxilindədir.

Qeyd edək ki, Fransada nazir maaşlarının azaldılması sonuncu dəfə 2012-ci ildə, sabiq prezident Fransua Ollandın hakimiyyəti illərində baş verib. Həmin vaxt həm ölkə prezidentinin, həm də baş nazirin məvacibləri də daxil olmaqla, ümumi maaşlar 30% azaldılmışdı: nazirlərin vergidənkənar aylıq gəliri 14 200 avrodan 9 940 avroya qədər düşmüşdü.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrandan Ermənistana ŞOK HƏDƏ: Bombalayacağıq!