Misli Premyer Liqasında V tura start verilib.
Modern.az-ın məlumatına görə, günün yeganə matçında "Neftçi" "İmişli"nin qonağı olub.
Yevlax şəhər stadionundakı qarşılaşma "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşıb - 3:2.
Meydan sahiblərinin heyətində 29-cu dəqiqədə Bəxtiyar Həsənalızadə, 44+7-ci dəqiqədə Azər Salahlı (p) fərqlənib.
Bakı təmsilçisinin qollarına 12-ci dəqiqədə Freddi Varqas, 28-ci dəqiqədə Breno Almeyda, 80-ci dəqiqədə Qustavo Klisman imza atıblar.
Xallarının sayını 12-yə çatdıran "Neftçi" hələlik birinci pillədə qərarlaşıb. "İmişli" 4 xalla səkkizinci sıradadır.
Xatırladaq ki, turun digər oyunları 12, 13 və 14 sentyabrda olacaq.