Modern.az

Dünyanın ən baha "iPhone"u Türkiyədə satılacaq

Dünyanın ən baha "iPhone"u Türkiyədə satılacaq

Aktual

11 Sentyabr 2026, 17:58

Apple-ın ilk qatlanan smartfonu “iPhone Duo”nun Türkiyədə dünyanın ən yüksək qiymətinə satılacağı bildirilir. Modelin 256 GB yaddaşa malik baza versiyasının qiyməti ABŞ-dakından 2,3 dəfə baha olacaq.

Modern.az xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, “iPhone Duo”nun 256 GB-lıq versiyası bu ölkədə 229 999 lirəyə – təxminən 4,7 min dollara təklif ediləcək. Bu məbləğ Azərbaycan valyutası ilə təxminən 8 min manat edir.

Müqayisə üçün, cihazın ABŞ-də rəsmi başlanğıc qiyməti 1999 dollar, yaxud mövcud məzənnə ilə təxminən 3400 manatdır. Apple yeni modelin oktyabrın 23-dən satışa çıxarılacağını açıqlayıb.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə Bakıya qarşı təxribat - Nə baş verir?