Modern.az

İsmayıl Kartalın istefası qəbul edildi - “Fənərbaxça”da ayrılıq

İsmayıl Kartalın istefası qəbul edildi - “Fənərbaxça”da ayrılıq

İdman

Bu gün, 18:02

UEFA Çempionlar Liqasında “Roma” ilə 1:1 hesablı heç-heçədən sonra istefa qərarı verən İsmayıl Kartalın “Fənərbaxça”dakı taleyi bəlli olub.

Modern.az xəbər verir ki, İstanbul təmsilçisi 18 ildən sonra Çempionlar Liqasındakı ilk oyununda evdə “Roma” ilə heç-heçə edib.

Qarşılaşmadan sonra baş məşqçi İsmayıl Kartal istefa verdiyini açıqlayıb. Klub prezidenti Əziz Yıldırım isə həmin gün onun istefasını qəbul etməyib və Kartalın vəzifəsində qalacağını bildirib.

Lakin bu gün keçirilən görüşdən sonra tərəflər arasında ayrılıq qərarı qəbul olunub.

Məlumata görə, İsmayıl Kartal bugünkü məşqdə iştirak etməyib. O, “Fənərbaxça”nın futbol direktoru Oğuz Çətinlə görüş keçirib.

Görüşdən sonra İsmayıl Kartalın istefası qəbul edilib və onunla klub arasındakı əməkdaşlığa son qoyulub.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi