10 mart 2017, 12:49 | Ana Səhifə - Yazılar - Elmira Süleymanovanı Ombudsman olmağa qoymayanlar
Elmira Süleymanovanı Ombudsman olmağa qoymayanlar

Vəfa Allahverdiyeva 

 

İnanmaq istərdik ki, cəmiyyətimiz Ombudsman Aparatını Elmira Süleymanovadan təhvil alacaq yeni şəxsin kimliyi, onun dosyesi ilə ilgilənməyə hədsiz ciddi maraq göstərir; Belə olmasına bir az şübhələr var.

Çünki bu uzun illər ərzində Ombudsman institutu ictimai çəkisini, insan haqlarının qorunması məsələsindəki rolunu və xidmətini layiqincə təqdim edə bilmədi.

Doğru fikirdir ki, bəzən bir səlahiyyətli sahə məhz rəhbərinin səxsi keyfiyyətləri və bacarığı ilə populyarlaşıb, ictimai baxışları öz üzərinə gətirir, varlığını,  ünvanını hər kəsə  tam bəlli edir.

Bəzən də hansısa sahənin xüsusi statusu, cəmiyyət həyatı üçün önəmi, səlahiyyət hüdudsuzluğu   başındakı insanı məhşur və hörmətli birisinə çevirir.      

Elmira Süleymanovanın bu təyinata qədər sadalamaqla bitməyən cox eimi titulları var idi. Üstəgəl, Avropa örnəyindən mənimsənilmiş  bu yeni görəv sıraya yeni-yeni titullar, dövlət mükafatları  gətirmişdi. Lakin nə olsun ki, Ombudsman institutu Azərbaycanda ictimai yaddaşa dərin otura bilmədi.

Eləcə də müstəqil və demokratik xarakteri olan, bütün qurumlar üzərində bir növ üst qurum statusu daşıyan bu şərəfli vəzifə Elmira Süleymanovanın ismini daxili auditoriyada hər fərdin şüurunda yerləşdirmədi bir tərəfə,  moldovalı həmkarı Aureliya Qriqoriu kimi daxili sərhədlərdən kənara çıxarmağı da bacarmadı.   

Günahkar?!   

Utanmaq, çəkinmək, vəzifəli insanlarla üz-göz olmaq istəməmək, yəni,  içdə boğulan müstəqil davranma ixtiyarı, öz işində fərqlənmək keyfiyyətinə  can atmamaq səbəbindən günahkar bir qədər özü,  daha böyük qədərdə isə  dərəbəy davranan, Ombudsman strukturunu vecinə almayan iri siyasi, maddi imkanlar sahibi məmur elitası, biznes dairəsi və başqa yekə çevrələr.
  

Elmira Süleymanovanı yaxşı Ombudsman olmağa qoymayan bu iki-subyektiv- obyektiv  məqam üzündən o, haqlı və layiqli tənqidlərlə yola salınır. 

Yoxsa ki, Azərbaycan ictimai-siyasi mühitində ortabab yox, əla bir Ombudsman imici ilə qalmaq mümkün olardı, bəlkə də.

Elmira Süleymanovanın yükü ağır idi, doğrudur. Axı ixtisaslaşdırılmış Ombudsman institutu şifahi polemikalardan yazılı sənədlər və qərarlar üzərində möhkəmlənməmişdi. Bütün sahələrin qüsurları və haqsızlığın miqyası bir ünvana təhkim idi.

Digər tərəfdən, müstəqillik ixtiyarı gerçək anlamda deyildi.  Müxtəlif qurumların Ombudsman institutu ilə hesablaşma borcu gəlişigözəl tələbdən başqa bir şey sayılmırdı. Məhkəmə hakimi nə qədər müstəqildirsə, jurnalist müstəqilliyi hansı həddə qədər bacarırsa, Ombudsmanın azadlıq çərçivəsi də elə o qədər ola bilir.

Qorxu, mötəbər şəxslərə haqqı çatdı-çatmadı sayğı psixologiyası, şəxsi maraqlara, fərdi mənafeyə qurban gedən  dürüstlük şəffaf fəaliyyət, qaranlığa düşmüş insana fayda vermək yolunda  əməlli maneəyə çevrilir.     

Bir ölkədə ki, məmur qatı, vəzifəyə etibar edilən bəzi şanslı insanlar prezidentin irad və tövsiyyələrindən, danlağından nəticə çıxarmağı bacarmır, Elmira Süleymanovanın hər mənada böyümüş, güclənmiş insanlardan zəiflərin haqqını tələb edə bilməsi gülünc olardı.    
 

Lakin bu kədərli, utandırıcı reallıq Ombudsmanı tənqidlərdən sığortalamır.

Dünyanın heç bir yerində Ombudsmanı öldürmürlər, uzağı təzyiq edirlər; moldovalı Ombudsmanın Ermənistan parlamentindəki çıxışından sonra yaşadığı təhdidlər kimi. Cəsarət, dürüstlük, heç kimə itaət etmədən çalışmaq  xaric qədər daxildə də görəvli insanı nüfuzlu personaya çevirə bilir. 

Qanunvericilik müstəqil institut, şikayəti araşdırma ixtiyarı, problemin yoluna qoyulmasına 3 ay vaxt vermə hökmü və s. kimi kəlmələrdə  ələ elə bir güclü silah verirdi ki, toplumun əziyyət, haqsızlıq görən fərdinin məsələsini insan haqları müvəkkili çox cəsurcasına nazirlərin, komitə sədrlərinin, icra başçılarının masası üzərinə qoyub, o böyük kabinetlərdən əzilənin xeyrinə çıxa bilərdi. Bunun üçün Ombudsmandan qətiyyət, prinsipiallıq, doğrular uğrunda davakarlıq ruhu tələb olunur ki, Elmira Süleymanovada yetərli çatışmayan bu keyfiyyət onu daha yaxşı imicdən, mükəmməl insan haqları müvəkkili, Ombudsman sözünün Avropa mənşəyincə mənasındakı yaxşı sosial “agent”  reputasiyasından məhrum qoydu.  

Hüquq və azadlıqlarının tələbi üçün Ombudsman institutunun qapısını haqlı emosiyada döyən vətəndaşın məsələsinə görə aidiyyatı qapılar oxşar emosiya və tələb tonunda yumruqlanmırdı.

Əslində qapılar açıq idi-bir qədər formal olaraq. Bütün qurumlara şikayətləri araşdıran xarakterdə sənədlər, məktublar gedirdi-bu da bir qədər  formal olaraq. Elə bu formallıqlar, dekorativ parıltılar ucbatından problemlərin həlli azalmadı ki, artdı.       
 

Doğrudur, Elmira Süleymanova sağa-sola qaçırdı. Bəlkə də bu dinamika büsbütün insan hüquqları yönündəki problemləri çözmək üçün idi-kim bilir.

Hər dəfəsində parlament hesabatı quru, şişirdilmiş xoş rəqəmlərlə təqdim ediləndə isə, artıq burada aidiyyatı adamların silueti görünür, tərifli sətirlərdə onların barmaqları olmasına şübhə qalmırdı.

Yəni, Ombudsmanın çabasının və işgüzarlığının əsl faktaloji tərəfi budur ki, cəmiyyəti razı, məmnun salan, ictimai rəyin gözünə girən, bu institutu populyarlaşdıran və sözün həqiqi mənasında ümid yeri edən  elə bir nəticə olmadı...

...Bu illərdə Elmira Süleymanova savaşmadan uduzdu. Saysız-hesabsız hüquq pozanlarsa  Ombudsmanla savaşmadan hamını uddu.    
    

Sıra gücsüzləşdirilən böyük səlahiyyəti güclü təqdim etməyi bacaran, davakar ruhlu əsl Ombudsmanı gözləyir...

MÜƏLLİFİN DİGƏR YAZILARI
Türkiyəli həkim böyrək xərçənginin müalicə yollarını AÇIQLADI 1 Dekabr 2021, 10:05 Toyda CƏRİMƏLƏNƏNLƏR 1 Dekabr 2021, 10:00 “Pfizer” “Omicron”dan da QORUYUR 1 Dekabr 2021, 09:57 Nefti ucuzlaşmaqda davam edir 1 Dekabr 2021, 09:55 Beyləqanda polis GÜLLƏLƏNDİ 1 Dekabr 2021, 09:53 Bu marşrutların hərəkət sxemi DƏYİŞDİRİLDİ 1 Dekabr 2021, 09:50 Tezliklə laçınlılar öz doğma yurdlarında yeni həyata başlayacaqlar 1 Dekabr 2021, 09:44 Ceyhun Bayramov İsveçə getdi 1 Dekabr 2021, 09:38 İlin ən yaxşı 10 futbolçusu - SİYAHI 1 Dekabr 2021, 09:32 Yevlaxda YANĞIN 1 Dekabr 2021, 09:26 Şamil Ayrımdan azərbaycanlı həmkarlarına başsağlığı 1 Dekabr 2021, 09:20 Xarici valyutaların manata qarşı məzənnələri 1 Dekabr 2021, 09:15 Borca görə 49 nəfər saxlanıldı 1 Dekabr 2021, 09:10 Cəbrayıla gedən yol asfaltlanır - FOTOLAR 1 Dekabr 2021, 09:06 Uğur Şahin “Omicron” ştammı ilə bağlı danışdı 1 Dekabr 2021, 09:00 Laçına su verildi 1 Dekabr 2021, 08:54 Şəhid Daşqının qardaşından ETİRAZ: “Nigar Qədəşova özünü reklam edir” 1 Dekabr 2021, 08:54 Avropa İttifaqının prezidentindən Ermənistanla Azərbaycana TƏKLİF 1 Dekabr 2021, 08:53 COVID-19 xəstələri SAXLANILDI 1 Dekabr 2021, 08:52 XİN-dən Laçının azad olunmasının 1 ili ilə bağlı PAYLAŞIM 1 Dekabr 2021, 08:49 Beyin xərçənginin SİMPTOMLAR 1 Dekabr 2021, 08:44 Aslan İsmayılovun oğlu tanınmış şahmatçı ilə evləndi - FOTO 1 Dekabr 2021, 08:36 “Fizika müəllimi” və cinayətkar dəstəsi ifşa edildi - FOTO 1 Dekabr 2021, 08:25 NASA astronavtlarının kosmosa çıxma tarixi məlum oldu 1 Dekabr 2021, 08:16 Bu insanlar üçün hava əlverişsiz olacaq -Proqnoz 1 Dekabr 2021, 08:10 Helikopterin qəzadan sonrakı vəziyyəti - VİDEO 1 Dekabr 2021, 07:55 Pakistan səfirliyi Azərbaycana başsağlığı verdi 1 Dekabr 2021, 07:49 Robotlar fabrik işçilərinə kömək edəcək 1 Dekabr 2021, 00:58 Selçuk Bayraktardan başsağlığı 1 Dekabr 2021, 00:39 Niderland səfirindən qəza ilə bağlı AÇIQLAMA 1 Dekabr 2021, 00:11 Məktəb müəllimi koronavirusdan vəfat etdi 1 Dekabr 2021, 00:08 Laçının işğaldan azad edilməsindən 1 İL ÖTÜR 1 Dekabr 2021, 00:05 Aİ rəsmisindən helikopter qəzası ilə bağlı açıqlama 30 Noyabr 2021, 23:52 Zığdakı yanğın söndürüldü 30 Noyabr 2021, 23:32 İtaliyadan başsağlığı 30 Noyabr 2021, 23:13
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?