Modern.az

Laos Prezidenti Bakıda Zəfər parkını ziyarət edib

Laos Prezidenti Bakıda Zəfər parkını ziyarət edib

Ölkə

13 Oktyabr 2026, 13:47

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit oktyabrın 13-də Bakıda Zəfər parkını ziyarət edib.

Modern.az xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb .

Laos Prezidenti parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.

Sonra ali qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz