31 mart 2017, 12:32 | Ana Səhifə - Yazılar - Ölümdən qazanırlar
Ölümdən qazanırlar

Hidayət Elvüsal


Müharibələr, işğalçılıq yalnız qan tökmək deyil - qazanc mənbəyidir. İllah da bugünkü savaşlar çoxlarının ciblərini, mədələrini doldurur. Uzun illər, əsrlər boyu məzlum xalqları əzən, sərvətlərini sümürüb aparan, özünə əsrarəngiz sənaye, kənd təsərrüfatı, siyasi üstünlük qazanan ABŞ və Avropa yeyib sərf etdiyinin yerini yenidən doldurmağa can atır. Yaxın Şərqin indiki şəkillənməsi də buna xidmət edir.

Ən adi misallar gətirək. Əfqanıstan münaqişəsi bitib-tükənmək bilmir. Gah Rusiya, gah da ABŞ bu ölkəni altını üstünə çeviriblər. Gülünc bir bəhanə - demokratiya uydurması ilə. Bu ölkənin strateji mövqeyi bir yana, təkcə narkotik maddə beşeyi olması hər kəsin diqqətini çəkir, ağzını sulandırır. ABŞ-ın işğalından sonra Əfqanıstanda narkotika istehsalı ən azı 3-4 dəfə artıb. Dünyanın ən güclü narkobaronları işğalçı ordulara həsəd aparır. Narkotik vasitələr hərbi təyyarlərlə daşınıb, bütün dünyaya ixrac olunur.

Müharibələr, işğallar silah mafiyasının da ən gəlirli qazanc yeridir. Diqqət edin, münaqişə ocaqlarında rus, amerikan, israil, ingilis… silahları sel kimi aşıb-daşır. Terror dəstələrinin əlində hər cür silah görünməkdədir.

İşğal olunmuş ölkələrin əhalisi qaçqın vəziyyətinə düşür. İnsanlar bir neçə mafioz qrupların əlinə keçməkdədir. Gənc qızlar fahişəliyə cəlb edilir. Bəziləri isə orqan mafiyasının əlində çırpınır.

İndi diqqət edin - narkotika, fahişəlik, silah satışı, orqan transferi… işğalçı ölkələr əsl mafiya təfəkkürü və hərəkəti ilə diqqətləri cəlb edir. Deməli bütün müharibələrin arxasında mütləq və mütləq möhtəşəm mafioz ailələr və Dərin Dövlətlər var.

Ölkələrin digər sərvətlərinin, tarixi əsərlərinin, var-dövlətinin göz önündə talanması adi hal alıb. Xatırlayın, İraqda bakterioloji silah var - bəhanəsi ilə ölkəni darmadağın edən ABŞ və Qərb, bütün bunların yalan olduğunu etiraf etdilər. Nəinki hərbçilər, mafiozlar, hətta həmin ölkələrin jurnalistləri də İrandan əntiq əşya oğurlanmasında iştirak etdilər. Səddam Hüseyn fil sümüyündən hazırlanmış pianosunun bu gün kimin əlində olması çox maraqlıdır. Və bu gün azı 3-4 yerə parçalanmaqda olan İraq bir dövlət kimi süqut etməkdədir. Suriyanı da buraya əlavə etmək yerində olar.

Ən maraqlısı da var. Həmin ölkələrin jurnalistləri kifayət qədər pul qazanırlar. Onların reportajları, yazıları, fotoları çox baha qiymətə alınır.

“Hollivud” da qazanır. Amerikan əsgərini qəhrəman, humanist (?!), yazıq (?!), bəşəri  hisslər sahibi (?!) kimi təqdim etməkdən yorulmur. Savaş filmləri bütün dünyanın ekranlarını işğal edir. İşğalçı əsgərlər məlum epizodlarda həzin musiqi müşayiəti ilə təqdim olunanda, bədbəxt müsəlman da göz yaşlarına boğulur. Arvadlar Coniyə, Toniyə… az qala yas tutub, ağı deyirlər. Bax, onlar İslam dünyasını dişlərinə vurublar, buna görə də utanmadan, həyasızcasına belə hərəkətlərdən, təqdimatlardan çəkinmirlər.

Və həm də… süni-şiə ayrıçılığı salan, ermənini, yezidini… qucaqlayıb, bağrına basanların… türkün sinəsindən basıb, geri itələmələri də göz qabağındadır. Gecə-gündüz bağıra-bağıra düşük-düşük, səviyyəsiz, əbləh… çıxışları ilə insanda ikrah hissi doğuranlar… o işğalçılardan da betərdir. Arvadların başını bərk-bərk örtüb, ölkənin sərhədlərini hər cür qüvvələrin keçidinə açıq qoyanlar… Vətən namusunun nə olduğunu bilmirlər. Evində pələng kimi kükrəyib, qonşuda pişik kimi miyoldayanlar işğalçıların ən önəmli yardımçılarıdır. Və bu miyoldayanlar öz övladlarını var-dövdət içində yaşadıb, millətin övladlarını qırğına verməkdən çəkinmirlər. Çünki…

Bunların özləri də… işğalçıdır. Bunlar da qanla bəslənən vampirlər, satqınlardır.

 

 

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Prezident hərbi aerodromun AÇILIŞINDA 10 May 2021, 11:07 Coğrafiya elminə ağır itki: əbədiyyətə qovuşan Hüseyn müəllim 10 May 2021, 11:04 Xalidə Bayramova Modern.az-a danışdı: “Allah ən böyük şahidimdir” 10 May 2021, 11:01 Hacıqabul sakininindən narkotik maddə və tüfəng götürüldü 10 May 2021, 10:57 Atam illərlə uğrunda vuruşduğu bir Qələbəni gördü, amma... 10 May 2021, 10:53 Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatı oldu 10 May 2021, 10:50 DSX-nin həbs edilən vəzifəli şəxsləri azadlığa BURAXILDI 10 May 2021, 10:45 İlham Əliyev Naxçıvanda səfərdədir 10 May 2021, 10:39 Azad olunan ərazilərdə “Xarı bülbül” maketləri ərsəyə gətirildi - FOTOLAR 10 May 2021, 10:33 Siyəzəndə narkotik becərən şəxs saxlanıldı 10 May 2021, 10:26 Sabiq deputat: “Parlamentdə işləmək mənim üçün çox çətin idi” - MÜSAHİBƏ 10 May 2021, 10:20 Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdilər 10 May 2021, 10:13 Ötən həftə Qarabağda 93 hektar ərazi minalardan təmizlənib 10 May 2021, 10:06 Bakıda 200 ədəd yeni ağac əkildi - FOTOLAR 10 May 2021, 10:00 Azərbaycanlı jurnalist Fransa portalında minalanmış ərazilərdən yazdı 10 May 2021, 09:53 Böyük şəxsiyyətlər və xilaskarlar unudulmur - VİDEO 10 May 2021, 09:46 Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur 10 May 2021, 09:39 Ermənistan parlamenti yenidən toplaşır - Paşinyanın taleyi həll olunacaq 10 May 2021, 09:32 Qocalmanın qarşısını alan 6 MÖCÜZƏ 10 May 2021, 09:24 Bu tarixdən havanın temperaturu gündən-günə yüksələcək - RƏSMİ 10 May 2021, 09:17 DTX-dan Heydər Əliyevin ildönümü ilə bağlı PAYLAŞIM 10 May 2021, 09:10 Xəzər rayonunda 28 yaşlı gənc bıçaqlandı 10 May 2021, 09:04 Bakıda yaşayış binasında  yanğın - xəsarət alanlar var 10 May 2021, 08:58 Güclü külək Bakı-Qazax yolunun bağlanmasına səbəb oldu 10 May 2021, 08:52 Bu gündən Azərbaycanda 18 yaşdan yuxarı şəxslərə vaksin vurulacaq 10 May 2021, 08:44 Bakıda “Mercedes” YANDI 10 May 2021, 08:37 Lavrov bu gün Azərbaycana gəlir 10 May 2021, 01:19 "Sevilya"nın oyunçusu "Real"ı uduzmaqdan xilas etdi 10 May 2021, 01:11 "Yuventus" evdə darmadağın oldu 10 May 2021, 01:00 Türkiyə beşinci nəsil döyüş təyyarələri istehsal edəcək 10 May 2021, 00:55 Polislər ağac əkdilər - FOTO 10 May 2021, 00:46 Nigeriyada gəmi çevrildi - onlarla insan öldü 10 May 2021, 00:31 Bakıda maşın 4 piyadanı vurdu - ölən və yaralananlar var 10 May 2021, 00:23 500 min yəhudinin qatili erməni Salasyan 10 May 2021, 00:12 Heydər Əliyevin anadan olmasından 98 il ötür 10 May 2021, 00:01