Modern.az

Baş naziri istefa verdi

Baş naziri istefa verdi

Dünya

17 Sentyabr 2026, 16:21

İsveçin Baş naziri Ulf Kristersson istefa verib.

Modern.az xəbər verir ki, Kristersson istefa məktubunu “X” hesabında paylaşaraq parlamentin spikerinə təqdim etdiyini bildirib.

BBC-nin məlumatına görə, istefa Kristerssonun rəhbərlik etdiyi siyasi blokun parlament seçkilərində məğlub olmasından sonra baş verib.

Seçkilərin nəticələrinə əsasən, müxalifət partiyaları parlamentdə 176, Kristerssonun rəhbərlik etdiyi sağçı blok isə 173 mandat əldə edib.

Qeyd edək ki, İsveç parlamentində ümumilikdə 349 yer var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir