28 Aprel 2017, 13:58 | Ana Səhifə - Yazılar - “Milyonerlər məhəlləsi”ndə toy
“Milyonerlər məhəlləsi”ndə toy

Hidayət Elvüsal


Ağız deyəni qulaq eşitmirdi. Oxuyan da Faiq deyildi, Ramiq idi. Xırıltılı səsi mikrofondan süzülüb, qulaqları deşirdi.

- Sən öləndən çəkilib yuxum, ay ana,

Elə bil dünyada yoxum, ay ana.

Göz yaşına dönüm, axım, ay ana,

Yanağın islansın çiçəklər kimi…

Bayaqdan bəri bunları dinləyib, ağlayan arvad dizlərinə döydü.

- Xalan ölsün, xalan ölsün!

Elə bunu demişdi ki, müğənni “A Bağdagül, Bağdagül, Bağdagül” deyib, şıdırğı bir mahnıya keçdi. Həmin arvad da salfetlə gözlərini yaşını silib, atıldı meydana. Oynadı haa… Bəs eləmədi, ürəyi soyumadı, ayaqqablarını çıxarıb, yalın ayaqları ilə atılıb-düşdü…

Əlbəttə, toyda yaxşı vəzifə sahibləri də vardı. Özləri dartıb, oturmuşdular arvadlarının yanında. Amma araq yavaş-yavaş öz işini görürdü. Qalstuklar bala-bala boşalır, sifət qızarır, dişlər ağarırdı. Bir az da keçdi. Və… toy başlandı. Müdirlər, şöbə rəisləri… köməkçilər “Canxanadır, cancana”nın sədaları altında əyrim-üyrüm hərəkətlərlə oynaşırdılar (hə - oynayırdılar yox, oynaşırdılar).

Arvadları qəsdən sinələrini, qulaqlarını, əllərini az qala kameraya soxub, qır-qızıllarını, brilyantlarını göstərirdilər. Məclis od tutub, yanırdı.

Və o vəzifə sahiblərindən biri mikrofonu ələ keçirdi. Danışırdı, amma qulaq asan kim idi?

- Mənim toyum olanda, gecə bizim bu arvad məni gəlin otağına buraxmırdı.

Arvadı yanındakının qoluna toxundu:

- Aaz, yalan deyir. Utandığından gəlmirdi. Axırda yengə boynunun kökündən basıb içəri saldı. İçəri girən kimi də qayıtdı ki, bıy sən burda nə gəzirsən?

Kişi danışırdı:

- İndi Allaha şükür, nəvəmiz də var. Özü də məndən yaxşı maşın sürür. O biri dədəsindən öyrənib, - deyə zarafata keçdi, - Yadınızdadı, dədəsinin bir eşşək arabası vardı.

Arvadı od götürdü. Yanındakına:

- Yenə mənim dədəmin bir eşşək arabası vardı. Bunun dədəsinin heç bircə biti də yoxuydu. Elə bizim mal-heyvanı otarıb, bunları saxlayırdı.

Cavanlar da oynayırdılar. Yəni arvadlar demişkən “dans” edirdilər. Və iki qadın bərk müzakirəyə keçmişdilər:

- Aaz, məni qınama, sənə bir söz deyim.

- De!

- Vallah, bayaq sənin qızın tualetdə siqaret çəkirdi.

Qızın anası qızardı, amma özünü tez topladı:

- Uyy, bilirsən xalası, dünəndən bəri dişi ağrıyır anası ölmüşün. Dərman da içən deyil. Bayaq dedilər ki, siqaret diş ağrısını…

- Aaz, o günü də belə səndələyə-səndələyə gəlirdi. Piyan adama oxşayırdı.

- Uyy az, yox canın üçn! Təzyiqi qalxıb balamın, evə güclə gəlib çıxıb.

- Bəs, o avariya məsələsi nəydi?

- Bax, xalası, o restoranın yanından dönəndə maşın ağaca dəyib. Denən niyə?

- Niyə?

- Vallah heç niyə! Bu Hacıbala Abutalıbov qəsdən gətirib orda ağac-zad əkib.

- Harda?

- Mənim qızımın yolunda. Nədi-nədi, mənim qızım pavarot eləyəndə, o ağcların birinə…

- Aaz, o ağaclar əkiləndə sənin qızın inqə deyirdi. Bax, indi ona bax, ona. Göbəyi görünür. Ayıb deyil, qız uşağıdı. Bir evdə denən dəə.

- A bajı, indiki cavanların nəyi varsa…

- Göstərməlidirlər?!

- Yox e, o paltar düzəldənlərin evi yıxılsın. Şalvarı cırıb satırlar, qovtanı da belə gödək.

Birdən musiqiçilər tərəfdə ara qarışdı. İki gənc mübahisə edirdi:

- Mən səndən qabaq zakaz vermişəm. Onu oxusun, sonra gəl de sözünü.

- Məndən qabaq gəlib nə qədər vermisən? Əlli manat! Mən iki yüz dollar vermişəm.

- Ə, pula qalsa bu saat min dollar da verərəm. Söhbət bunda deyil.

- Yox, söhbət elə bundadı!

Oğlanlardan biri, əlini cibinə salıb, 10 ədəd 100-lük dollar sayıb, müğənninin cibinə basdı:

- Gəla! Oxu! Denən apardı sellər Saranı.

- Ə, dayan e, min dollar verib, Saranı selə atma.

- …

- …

Qızlar xısınlaşırdılar:

- Evə gedəcəksən?

- Yox, əşi! Səhərə qədər ordakı kafedə olacağıq. Sən evə?

- Bilmirəm! Papanı güdürdüm. Az içdi. Evə çatanda məni soruşacaq.

- Denən də, elə indi de ki, palruqalar bir yerdə məclis keçirəcəyik.

- Toydan sonra nə məclis?

- Toydan sonra nağara olmaz, amma məclis olar!

Başqaları da vardı. Qız:

- Niyə susursan?

- Nə deyim?

- Toydu də, hamı şənlənir.

Oğlan başını buladı:

- Bizimkilərin şənlənməsi sadəcə olaraq dəhşətdir, fəlakətdir.

- Döz dəə, mən dözürəm ki!

- Elə danışma, sən də dözmürsən! Hamı özünü göstərir. Biri pulunu, biri qızılını, biri səviyyəsini, o biri göbəyini…

- Yaxşı də! İstəyirsən dur gedək.

- Hara!

- Evə! Sabah imtahanın yoxdu?

- Var! Sənin də imtahanın var. Gedək!

Onlar ayağa qalxanda, bayaqkı arvadlardan biri üz-gözünü turşutdu:

- Bıy, bıy, bıy, bunlara bax! Külü qoyum başınıza! Ağıllı çıxıblar. Bizi bəyənmirlər.

- Təzə nişanlanıblar.

- Gədə o qədər oxuyub ki, gözlüksüz gəzə bilmir. Bizim uşağın imtahanında heç xəbəri olmur. Papası adam göndərir, qiymətlərini yazdırır.

- Onun atasını pulu yoxdu.

- Aaz, niyə yoxdu?! Bizlərdən də varmıdılar. Uşaqları da bu gündə. Gədə Amerikada medal alıb. Qız da o böyük təqaüd.

Birdən o biri qadın çığırdı:

- Uyy aaz, qızın nağaraçalanı döyür…

- Aaz, mənim qızım o müğənninin belinə minəndi. Bu zadın qızıdı, o … şöbə müdirinin…

MÜƏLLİFİN DİGƏR YAZILARI
Rusiya Qarabağa ən müasir kompekslər YERLƏŞDİRİB 26 Noyabr 2020, 14:42 “Vasitəçiyə inam yoxdursa, demək...” - Əli Əhmədov 26 Noyabr 2020, 14:25 Ermənistan parlamenti hərbi vəziyyətlə bağlı QƏRAR VERDİ 26 Noyabr 2020, 14:20 Fransa Azərbaycanın etimadına layiq deyil - Natali Qule 26 Noyabr 2020, 14:15 Ermənilərin Xankəndidən qovduğu ruslar da geri qayıdacaq - ÖZƏL 26 Noyabr 2020, 14:10 Prezidentin xalqa müraciəti xarici mətbuatda 26 Noyabr 2020, 14:05 Deputatdan maraqlı təklif - ““Qəhrəmanlar parkı” yaradaq” 26 Noyabr 2020, 14:00 Bakıdakı Türkiyə və İran səfirləri GÖRÜŞDÜ  26 Noyabr 2020, 13:55 Millimiz FIFA reytinqində 5 pillə irəlilədi 26 Noyabr 2020, 13:52 Ordumuz Kəlbəcərə niyə Ağdərə yolundan getmədi? - Hərbi ekspertdən AÇIQLAMA 26 Noyabr 2020, 13:49 Fransa Senatında faşizmin təbliği, beynəlxalq hüquqa hörmətsizlik, reputasiya itkisi... 26 Noyabr 2020, 13:46 Nazirlik bu dərslikləri yenidən YAZACAQ 26 Noyabr 2020, 13:42 Mənsum İbrahimov: “Ağdama gedib əhdimi yerinə yetirdim” 26 Noyabr 2020, 13:40 Naqif Həmzəyev: Fransa Senatının Ermənistanı müdafiə etməsi olduqca gülünc görsənir   26 Noyabr 2020, 13:38 Almaniyada qələbə aksiyası keçirilib 26 Noyabr 2020, 13:32 Fransadakı soydaşlarımız Senata qarşı çıxdı 26 Noyabr 2020, 13:28 Səxavət Məmmədov Qarabağın işğalını görsəydi, ürəyi partlayardı 26 Noyabr 2020, 13:24 “Azərenerji” əhəmiyyətli layihə reallaşdırır - Video 26 Noyabr 2020, 13:20 Naftalanda 1000-dən artıq ağac əkilib - FOTO 26 Noyabr 2020, 13:15 “Fransa tarixinin növbəti ən utancverici günlərini yaşayır” - Ceyhun Məmmədov 26 Noyabr 2020, 13:10 Sabah hava necə olacaq? - PROQNOZ 26 Noyabr 2020, 13:05 Elşad Hacıyevə nazirlikdə yüksək vəzifə verildi - TƏYİNAT 26 Noyabr 2020, 13:03 Bu il yeni doğulan uşaqlara ən çox verilən ADLAR 26 Noyabr 2020, 13:00 Polietilen torba və plastik qablar satanlar CƏRİMƏLƏNƏCƏK 26 Noyabr 2020, 12:57 “Vətən Müharibəsi Qəhrəmanı” adı TƏSİS OLUNDU 26 Noyabr 2020, 12:53 Azərbaycan turizm blogerləri Assosiasıyası yaradıldı 26 Noyabr 2020, 12:51 “Zəfər” və “Qarabağ” ordenləri TƏSİS EDİLDİ 26 Noyabr 2020, 12:50 Azərbaycandakı pambıq yığımında növbəti rekord göstərici 26 Noyabr 2020, 12:48 Qələbə medalları ilə bağlı qanun layihəsi qəbul olundu 26 Noyabr 2020, 12:45 Milli Məclisdən Fransa ilə bağlı Azərbaycan hökumətinə ÇAĞIRIŞ 26 Noyabr 2020, 12:40 İdman yazarı: “Narkotikdən asılılıq Maradonanı aramızdan apardı” 26 Noyabr 2020, 12:35 Zahid Oruc: Fransa Senatı ikinci Azərbaycan dövləti təsis etmək istəyir..   26 Noyabr 2020, 12:30 Milli Məclisdə Fransaya etiraz bəyanatı qəbul olundu 26 Noyabr 2020, 12:25 “Fransa Senatı Azərbaycan xalqından üzr istəməlidir”  26 Noyabr 2020, 12:20 Deputat Baş nazirdən xahiş etdi - “Prezident qarşısında məsələ qaldırın” 26 Noyabr 2020, 12:15
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?