Modern.az

Yeniyetmə məhkumlardan xəbər var

Yeniyetmə məhkumlardan xəbər var

11 Sentyabr 2009, 19:28

Azadlıqdan məhrum edilmiş şəxslərin vətənpərvərlik, yüksək mənəvi ruhda tərbiyə olunmasına, eləcə də onların cəmiyyətlə sosial əlaqələrinin möhkəmləndirilməsinə xidmət edən tədbirlərin həyata keçirilməsində çoxsaylı qeyri-hökumət və aidiyyəti dövlət qurumlarının iştirakı daha da genişlənir. Ədliyyə Nazirliyi Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, yeniyetmə məhkumların problemlərinin həllinə, onların yenidən sağlam qüvvə kimi cəmiyyətə adaptasiyasına şərait yaratmaq məqsədilə həyata keçirilən aksiyalar çərçivəsində növbəti tədbir Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşəbbüsü ilə seynyabrın 11-də yeniyetmə məhkumların saxlanıldığı Tərbiyə müəssisəsində keçirilib.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyasının, Ombudsman aparatının, "Uşaqdan uşağa sülh şəbəkəsinin", «El» inkişaf proqramları mərkəzinin nümayəndələrinin, Tərbiyə müəssisəsi nəzdində fəaliyyət göstərən Himayəçilik Şurasının üzvlərinin və eləcə də Penitensiar xidmətin məsul əməkdaşlarının iştirak etdikləri tədbir «Ümumdünya ilk yardım gününə» həsr olunub.
Tərbiyə Müəssisəsinin rəisi ədliyyə polkovniki İmran Məmmədov tədbirdə bildirib ki, məhkumların sosial müdafiəsinin təmin edilməsi, onların müasir cəmiyyətə adaptasiya olunmaları üçün Penitensiar Xidmət tərəfindən dövlət və qeyri-hökumət təşkilatları ilə əlaqələr daha da genişləndirilir.
Tərbiyə olunan yeniyetmələrin ilk yardım vərdişlərinə yiyələnmələrinə köməklik məqsədilə keçirilən tədbirdə 3 komanda - SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyasının, "Uşaqdan uşağa sülh şəbəkəsinin" və Tərbiyə müəssisəsinin komandaları öz bacarıqlarını nümayiş etdiriblər.
Tədbirin sonunda iştirakçılara təşəkkürnamə və hədiyyələr təqdim olunub.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır