28 Sentyabr 2017, 15:29 | Ana Səhifə - Yazılar - Hayçılar və haybeçələr
Hayçılar və haybeçələr

Sahib Alıyev,
Milli Məclisin deputatı

Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə hazırlıq gedir. Minsk qrupunun həmsədrləri yenidən regiona gəlirlər. Ancaq bu, hazırlığın sadəcə görünən tərəfidir. Görünməyən tərəfdə isə başqa oyunlar aparılır. Hayçılar və haybeçələr hərəkətə keçiblər. Azərbaycanda demokratiyanın olmamasıdan, insan haqlarının pozulmasından dəm vururlar.

Amerikadakı hay yığnağıyla bağlılıqları çoxdan bəlli olan Kris Smit (Chris Smith) və Cim Makqovern (James Patrick McGovern) yenidən ölkəmizə qarşı sanksiya tətbiqindən dəm vururlar. Xatırladaq ki, məhz bu qəbildən olan konqresmenlərin səyi nəticəsində 1992-ci ildə Azadlığa Yardım Aktına 907-ci düzəliş edilərək, təcavüzkar Ermənistana deyil, Azərbaycana dövlət səviyysində köməyə qadağa qoyulmuşdu. Yəni bu adamları heç vaxt haqq-ədalət maraqlandırmayıb və maraqlandırmayacaq da.

Konqresmenlərlə paralel olaraq Avropa Şurasının baş katibi Torbörn Yaqland Avropa İnsan Haqları Məhkəməsinin qərarı yerinə yetirlmədiyinə görə ölkəmizin başında duruduğu qurumdan çıxalıması təklifini irəli sürür. Maraqlıdır deyilmi, bəyəm həmən məhkəmənin qərarlarını yerinə yetirməyən təkcə Azərbaycandır? Adı çəkilən məhkəmə doğrudan da tam şəffaf, qərəzsiz, siyası konyukturadan uzaqdırsa, nədən erməni girovluğunda saxlanan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı şikayətlər "prioritetlər” sırasında yer almır?
Ancaq yunuslar və onlarabənzərlərlə bağlı bütün işlər anındaca "piroritet"ləşdirilmişdi, "piroritet"ləşdirilir. Və Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını yerinə yetirməyən təkcə Azərbaycandırmı? İndiyədək onun 11 mindən artıq qərarına əməl edilməyib ki, əməl etməyənlərin çoxu elə İtaliya, Fransa, Böyük Britaniya, İspaniya kimi Avropa dövlətləridir. Həm də bir nəfərin tapdanmış haqqından dəm vuran Yaqland, bəs yüz minlərin haqlarını tapdayıb onları yurd yerlərindən qovan, elə Avropa Şurasının da təcavəüzkar kimi tanıdığı Ermənistanın oradan çıxarılması məsələsini niyə qaldırmır? Bəlkə ona görə ki, həmən Ermənistanı foprpost sayan çevrələrlə yaxın bağlılığı var ona görə.

 Xatırladaq, bu, həmən Yaqlanddır ki düz üç il öncə bizim yaxşı tanıdığımız “Qardian”("Guardian") qəzetində İngiltərənin Avropa İnsan Haqları Məhkəməsindən çıxamaq planları haqda məqləsində heç yeri olmadığı halda "Azərbaycanda insan hüquqları bıçaq tiyəsindədir. Britaniya getməməlidir", -yazırdı. Yəni o, yeri gəldi-gəlmədi ölkəmizi tənqid etməyi özünə borc bilir. Daha doğrusu, dediyim çevrələrin önündə özünə belə bir öhdəlik götürüb və Azərbaycan Ermənistan prezidentlərinin görüşləri öncəsi həmən öhdəliyi yenidən yerinə yetirir.

Niyə yetirir? Baxın, deyəlim ki, həmsədrlərin planlaşdırdıqları görüş baş tutdu. Bildiyimə görə baş tutacaq da. Bizim istək və tələbimizin nə olduğunu Prezident İlham Əliyev BMT kürsüsündən bu yaxınlarda bir daha dilə gətirdi. Və böyük güclərin, o sıradan da vasitəçilik missiyasını üzərlərinə götürən dövlətlərin rəhbərliyində yer alanların düz gözlərinin içinə baxaraq, tələblərimiz yerinə yetirilmədiyi halda ötən ilin aprelində baş verənlərin təkrarlanacağı xəbərdarlığını da etdi. Beynəlxalq normalar Azərbaycanın haqlı olduğunu göstərir. Şükürlər olsun ki, Azərbaycan indi təkcə haqlı deyil, həm də güclü tərəfdir. Və ölkəsinin milli maraqlarından çıxış etməyi ustalıqla bacaran, torpaq bütünlüyü məsələsində prinsipiallıq və qətiyyət ortaya qoyan cəsarətli lideri var. Bizə daha "bilirik torpaqlarınız işğal olunub, ancaq onlar güclüdürlər, siz yaranmış vəziyyətlə barışın" deyə bilmirlər.

Ona görə də dəflərlə vurğuladığımız kimi, indi başqa bəhanə ortaya atırlar. Guya demokratiyanın çağladığı mühitə öyrəşən Dağlıq Qarabağ hayları insan haqlarının tez-tez pozulduğu, demokratiyanın olmadığı Azərbaycanda yaşaya bilməzlər. Forpostbaşı Serj Sərkisyan da BMT-dəki son çıxışını həmən notlar üzərində qurmuşdu ki, bu da Azərbaycanda demokrtaiya, insan haqları problemlərinin şişirdilməsi və qabardılmasının məhz Dağlıq Qarabağ məsələsiylə birbaşa bağlı olduğunu təsdiqləyir. Dediyimiz kimi, Smit, Makqovern, Yaqland kimi hayçıların yenidən səs-səsə vermələri də bundan irəli gəlir. Təəssüf doğuran o deyil. Təəssüf doğuran haybeçələrin də onların səslərinə səs vermələridir. Söhbət Smit, Makqovern, Yaqland kimilərin dövlətimizlə bağlı dediklərini dəstəkləyən və özlərini azərbaycanlı adlandırlanlardan və aralarında keçmiş millət vəkili Mehmet Ufuk Urasın da yer aldığı türkiyəlilərdən gedir. Bu adam, pardon Mehmet Ufuk əfəndiləri "demokratik rejim"in olduğu Dağlıq Qarabağda Azərbaycanın arzuolunmaz adamlar siyahısına yer alacağı perspektivindın danışarkən bildirir ki, islanmışın yağıdan qorxusu olmamalıdır. Ey haybeçələr, ey Mehmet Ufuk Uras, kimə "fədainlik" etdiyiniz göz önünə gətirib, utanın bir az.

Peyvənd-Sağlamlığımız öz əlimizdədir 21 İyun 2021, 19:25 Deputat AŞPA-nın iclasında azad olunmuş ərazilərin vəziyyətindən DANIŞDI 21 İyun 2021, 19:17 “Şuşa Bəyannaməsi” Azərbaycan-Türkiyə münasibətlərində yeni səhifə açır 21 İyun 2021, 19:08 Əli Əsədov Qazaxıstan baş nazirinin müavini ilə görüşüb 21 İyun 2021, 19:00 Şəkidə biçilməmiş taxıl sahəsi yanıb 21 İyun 2021, 18:53 Şəhid ailəsi və qazinin evinə qaz verildi 21 İyun 2021, 18:49 MEDİA-nın Aljazeera Media İnstitutu ilə əməkdaşlığı müzakirə olundu - FOTO 21 İyun 2021, 18:39 Azərbaycan dilinin orfoepiya normaları təsdiq edildi 21 İyun 2021, 18:27 Azərbaycan və Pakistan birgə təlimlər keçirəcək - FOTO 21 İyun 2021, 18:21 Deputat səfirlə Azərbaycan-Misir münasibətlərini müzakirə etdi 21 İyun 2021, 18:07 YAP hesabat konfranslarına start verdi 21 İyun 2021, 18:02 Füzulidə 3 hərbçinin qalıqları aşkar olundu 21 İyun 2021, 17:58 Bahar Muradovadan Paşinyanın qələbəsinə REAKSİYA 21 İyun 2021, 17:57 Avropa İttifaqından Paşinyana TƏBRİK 21 İyun 2021, 17:52 Son sutkada 215 nəfərə vaksin vurulub 21 İyun 2021, 17:47 Yoluxma minimuma düşdü - 1 nəfər öldü 21 İyun 2021, 17:41 Azərbaycanlı deputat AŞPA-da Ermənistana təzyiq göstərməyə ÇAĞIRDI 21 İyun 2021, 17:37 Türkiyəli deputat Paşinyanı təbrik etdi 21 İyun 2021, 17:36 Daha Azərbaycan-Türkiyə qardaşlığının qarşısını heç bir qüvvə ala bilməz - Deputat 21 İyun 2021, 17:28 Baş nazir “Azərbaycan dilinin orfoepiya normaları”nı təsdiqlədi 21 İyun 2021, 17:16 BMT-nin qarşısında azərbaycanlı jurnalistlər yad edilib 21 İyun 2021, 17:13 Gürcüstan baş naziri Nikol Paşinyanı təbrik etdi 21 İyun 2021, 17:04 Ölkədə anomal istilər gözlənilir - XƏBƏRDARLIQ 21 İyun 2021, 16:58 Azərbaycanlı həkim:Danimarkalı futbolçunun ürəktutmasına COVID-19 səbəb olub” 21 İyun 2021, 16:56 Rusiya erməniləri seçkilərin nəticəsini qəbul etmədi 21 İyun 2021, 16:55 Paşinyanın qələbəsi: nələr gözlənilir? - TƏHLİL 21 İyun 2021, 16:46 Azərbaycan vətəndaşlığına qəbul edilənlər and içdilər - FOTOLAR 21 İyun 2021, 16:42 Lavrov Ermənistandakı seçkilərin Qarabağ danışıqlarına təsirindən DANIŞDI 21 İyun 2021, 16:34 Azərbaycana gələn əcnəbidə COVID-19 AŞKARLANDI 21 İyun 2021, 16:25 Canavar çox ziyankar və qorxaq heyvandır 21 İyun 2021, 16:23 Azərbaycanda yeni nəsil texnologiyalarla bağlı araşdırma mərkəzi yaradıldı 21 İyun 2021, 16:15 Vasif Əliyev: “İkirəqəmli yoluxmalar 2-3 ay da davam edərsə...” 21 İyun 2021, 16:07 Azərbaycan və Qazaxıstan XİN başçılarının görüşünün TƏFƏRRÜATI 21 İyun 2021, 15:58 Rusiya Ukraynaya görə Türkiyədən NARAZI QALDI 21 İyun 2021, 15:55 Azərbaycan-Misir parlamentlərarası əlaqələri hansı səviyyədədir? 21 İyun 2021, 15:53
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?