Modern.az

İspaniyada üçgünlük matəm elan edildi

İspaniyada üçgünlük matəm elan edildi

Dünya

Bu gün, 20:56

İspaniyada onlarla insanın ölümünə səbəb olan dəmir yolu qəzası ilə əlaqədar oktyabrın 29-dan 31-dək ümummilli matəm elan edilib.

Modern.az "The Guardian"a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Pedro Sançes bildirib.

"İspaniya kədər içindədir. Hökumət və bütün dövlət zərərçəkənlərin və onların ailələrinin yanındadır", - Sançes deyib.

İspaniyada dəmir yolu qəzası Toledo vilayətindəki Urda stansiyası yaxınlığında "Renfe" və "Iryo" qatarlarının toqquşması nəticəsində baş verib. Son məlumatlara görə, azı 68 nəfər həlak olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrana misli görülməmiş hücum - Hazırlıqlar başladı!