10 Dekabr 2017, 21:14 | Ana Səhifə - Yazılar - Təhsil almaq təkcə şəxsi büdcəmizi formalaşdırmaq üçün lazım deyil - HƏFTƏNİN HESABATI
Təhsil almaq təkcə şəxsi büdcəmizi formalaşdırmaq üçün lazım deyil - HƏFTƏNİN HESABATI

Bu dünyanın nökəri də, şahı da amansız olmasın. Kimi bir yumruqla, kimi də bir bıçaqla qan tökər.

Həftənin hesabatını təqdim edirəm.

 

Saakaşvili serialının sonu necə bitəcək?!

 

Yola saldığımız həftə Ukrayna üçün qarışıq həftə kimi yadda qaldı. Mixael Saakaşvili gah damın başına çıxıb intihara əl atdı, gah da polis bölməsində dindirildi. Düzü, aylardır Saakaşvili tamaşası serial kimi uzanır. Hələ ki, gedişat başa çatmayıb.

 

Saakaşvili damın başına çıxıb intihara cəhd etdiyi bir vaxtda, Mikayıl Cabbarov  təhsil naziri, Fazil Məmmədov isə vergilər naziri postundan getdi. Prezidentin sərəncamına əsasən Mikayıl Cabbarov yeni vergilər naziri təyin oldu.  Üstəlik həftə ərzində sosial şəbəkələrdə  təhsil naziri postuna o qədər namizəd irəli sürdülər ki, adam lap başını itirdi. Belə görünür, yeni təhsil naziri təyin olunana qədər qulağımız gündə bir namizədin adını eşidəcək.

 

Trampın yeni oyunu

 

Yola saldğımız həftə dünya ABŞ prezidentinin gözlənilməz qərarından dəhşətə gəldi. Tramp Yerusəlimi (Qüds) İsrailin paytaxtı kimi tanıyacağını deyib. Əslində, Trampın bu fikirləri yeni deyil. Prezidentliyə namizəd olduğu vaxtlarda Yerusəlimlə bağlı vəd verib. Görünür, o vaxtlar kimsə Trampı ciddiyə almayıb. “Dəlidir” deyib üstündən keçiblər. Gün o gün oldu ki, “dəlidən doğru xəbər” gəldi.Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qüdsün paytaxt olacağı təqdirdə İsraillə diplomatik münasibətləri kəsəcəyini bildirib. Maraqlıdır ki, bu ideya zaman-zaman gündəmə gəlib. ABŞ səfirliyinin Qüdsə köçürülmə planı 1995-ci ildən qüvvədədir. Lakin şəhər mübahisəli statusa malikdir. Ortada müsəlman aləmi üçün xoşagəlməyən nəticə olduğu üçün bu qərar təxirə salınıb.

 

Əslində, Tramp yeni oyun oynayır. O heç də ağlını itirməyib. Bu cür mübahisəli məsələlərin ortaya atılması yeni terror təşkilatının yaranacağı ehtimalını gündəmə gətirir. Onsuz da müsəlman ölkələrinin içindən çıxan terror təşkilatları qərbin məkrli siyasətinin bir hissəsidir. Deyəsən, İŞİD-in zəifləməsindən sonra dünyanı lərzəyə salan yeni terror təşkilatına ehtiyac var. Tramp da bu işə sevə-sevə qol qoyur.

 

Lənət olsun belə bir araya gəlməyə

 

Yola saldğımız həftə 12 yaşlı məktəblinin intihar etməsini araşdırıb başa çatmamış, ata və oğul tərəfindən 4 qız və ananın amansızlıqla qətlə yetirilməsi xəbərinə şahidlik etdik. İstənilən halda, hər iki hadisə sıradan bir şey deyil. Bu gün gözünün içinə baxdıqlarımız sabah “ölüm maşını”nda qarşımıza çıxır.

 

Salyanda baş verən hadisə daha tükürpədici idi. Ata deyilən şəxs 4 qızını və həyat yoldaşının başını kəsib adyala büküb yataq otağının zirzəmisində üzü qibləyə basdırır. Bir ailənin 5 üzvü yoxa çıxır və hər kəs irəli sürülən bəhanəyə inanır. Beləcə yarımçıq taleliləri heç kəs axtarmır.

 

Görünür, laqeydlikdən yaxınımızda olanların qəfil yoxluğu artıq bizi narahat etmir. Qohumlararası yaranan ədavətdən dolayı kimsə kimsənin uzaqdan-uzağa sorağına belə çıxmır. İctimai qınaq ənənəsindən isə danışmağa dəyməz. Nə işdirsə, belə məsələlərdə qeyrətli kişilərin də “qeyrət damarı” durmur. Başqa vaxt "mental dəyərlər" deyib bağıranları qalaq-qalaq kəsilmiş insan başları narahat etmir.

 

Cinayətin detallarına varınca, daha dərin vahimə basır insanı. Yahu, bu məmləkətdə bir gün itkin düşənlərin yoxluğu kimsəni narahat etməyəcəkmi?! 4 il bundan əvvəl baş vermiş hadisə “yoxluğunuz kimsəni narahat etməyəcək”,- deyir. Bəs qanunlar, qurumlar?! Axı, onların funksiyası 5-10 nəfəri toplayıb boş hesabatlar təqdim etməkdən ibarət deyil!

 

İllərdir, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  erkən nikahların qarşısını almağa çalışır. Bu sahədə görülən işlər var. Bir söz demirik. Amma 5 qadının yoxluğu komitəni də maraqlandırmalı idi. Bölgə insanlarına çox şeyləri aşılamaq lazımdır. Bir qadının yoxluğuna “pozğun həyat yaşayır” damğası vurmaqla kənara atmaq olmaz.  Bir qadının yoxluğu Türkiyədə, Dubayda, İranda tapılmaqla dəfn edilə bilməz. Bir qadının yoxluğu həm də bütün cəmiyyət üçün “həyəcan siqnalı” olmalıdır.

 

Salyanda 4 il əvvəl 5 qadının yoxluğu bir kimsənin nəinki tükünü tərpətmək, heç ruhuna belə toxunmayıb. Bu cinayətin içində insan laqeydliyindən tutmuş vəhşi qanunlara qədər hər şey əks olunub.

 

 

Təəssüf ki, cəmiyyətin zombiləşmiş sakinlərinə çevrilirik. İçimizdən elm, savad arxasınca göndərdiklərimiz geri dönüb “nümunə ağacı” ola bilmir. Və biz kiçik bir kəndin vəhşi qanunlarla idarə olunmasına göz yumuruq. O zaman niyə təhsil almağa can atırıq ki!  Ancaq şəxsi büdcəmizi formalaşdırmaq üçün?! Əgər elədirsə, cəmiyyətin xəstə təfəkkürlü insanlardan azad olunacağına ümid etməyək.

 

Başqa vaxt övladlarımızı cəmiyyətə layiqli vətəndaş olaraq böyütməkdən dəm vururuq. Dəm vurduğumuz vədə yetişəndə artıq cəmiyyətin problemləri bizə  mənasız və aidiyyatsız görünməyə başlayır. Sonda insanlara laqeyd yanaşma ənənəsi belə formalaşır.

 

Məsələnin başqa tərəfi də var. Məsələn, qanunlar onları pozmaq üçün yaranıb deyirlər. Həbsxanalar  ona görə mövcuddur ki, canilər, oğrular, başkəsənlər qanunları pozduqları üçün məhbəsdə məhbus həyatı yaşasınlar. Bu cinayət faktorunda əli qana batanlar  4 il çox rahat həyatlarını yaşayıblar. Ta ki özləri cinayət əməlini etiraf etməyə qədər.

 

Qohum-qonşu arasında yaranan münaqişə zamanı hamının tanıdığı və ümidlə döydüyü bir qapı var. Polis qapısı. Maraqlıdır ki, polis əməkdaşları 4 il ərzində cinayətin izinə düşməyiblər. Kəndin inandığı moizəyə onlar da inanmalı olub. Qatil isə qanunları qarşısında diz çökdürdüyü üçün kənddə vicdanı təmiz yaşamalı olub. Kim bilir, o qatil əlləri ilə neçə adamı süni şəkildə salamlayıb. Bir halda ki, qanun adamı işinə, peşəsinə laqeyd yanaşırsa, dərdimizi kimə deyək?!

 

Dəhşətli cinayət hadisəsində günahsız qurbanların tapılması üçün qohumlar məsafəcə yaxın olan məşhur polis qapısını yox, məsafəcə uzaq olan məşhur Xoşqədəmin qapısını döydü. Bundan sonrası isə bəllidir. Cinayətin üstü açıldı və cinayətkar həbs olundu. Bu cür amansız qətlləri həyata keçirən caniləri görəndə “kaş ki, ölüm hökmü geri qayıdaydı”,- deyirik. Çünki 3-5 ildən sonra həmin o canilər yenə aramıza dönəcək və biz həmin canilərlə qonşu, yeri gələndə, qohum olacağıq. Lənət olsun, bu cür bir araya gəlməyə...

Dünyanın ən varlı ermənisi Paşinyanı istefaya SƏSLƏDİ 4 Dekabr 2020, 12:42 Şəhid xanəndənin ailəsi üçün ev tikiləcək - VİDEO 4 Dekabr 2020, 12:32 Dağ Yəhudiləri İcmasında şəhidlərin xatirəsi anıldı - FOTO 4 Dekabr 2020, 12:26 AQTA 43 obyektdə koronavirusla bağlı qayda pozuntusu aşkarladı 4 Dekabr 2020, 12:20 Hikmət Hacıyevdən şəhidlərimizlə bağlı PAYLAŞIM 4 Dekabr 2020, 12:15 Niderland Krallığında yaşayan soydaşlarımız etiraz olaraq aksiya keçiriblər 4 Dekabr 2020, 12:11 Azərbaycan xalqı Şəhidlər xiyabanını ziyarət edir 4 Dekabr 2020, 12:08 “İRS” jurnalının İsraildə ilk sayı nəşr olunub 4 Dekabr 2020, 12:03 Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla anıldı - VİDEO 4 Dekabr 2020, 12:00 Paşinyanı duelə çağırdılar 4 Dekabr 2020, 11:55 Fransa Senatının təşəbbüsü Avropa ölkələrində dəstəklənmir 4 Dekabr 2020, 11:51 Prezident və Birinci xanım Şəhidlər Xiyabanında... - VİDEO 4 Dekabr 2020, 11:47 Maska, yoxsa yaşmaq? 4 Dekabr 2020, 11:42 Azərbaycan tarixdə heç zaman bu qədər güclü olmamışdı 4 Dekabr 2020, 11:40 Deputat Tural Gəncəliyev də virusa yoluxdu 4 Dekabr 2020, 11:37 Evdən çıxan 17 koronavirus xəstəsinə cinayət işi açıldı  4 Dekabr 2020, 11:33 Şəhid Vüsal Məhərrəmov: Vətən uğrunda ölümü ilə əbədiləşən qəhrəman 4 Dekabr 2020, 11:32 485 arzuolunmaz fransız... 4 Dekabr 2020, 11:28 Şuşa uğrunda şəhid olan kapitan - FOTO 4 Dekabr 2020, 11:22 Mağazalardan oğurluq edən şəxs saxlanıldı - FOTO 4 Dekabr 2020, 11:16 İlham Əliyev: “Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilib” 4 Dekabr 2020, 11:10 Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 5 mini ötdü 4 Dekabr 2020, 11:04 Ermənistanda yaşayanların sayı AZALIB 4 Dekabr 2020, 10:58 “Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır” - Səfir 4 Dekabr 2020, 10:52 Prezident şəhidlərimizlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 10:46 Bakıda COVİD 19-a ən çox yoluxan rayonlar - SİYAHI 4 Dekabr 2020, 10:40 Ermənistan itkilərinin bir hissəsini AÇIQLADI 4 Dekabr 2020, 10:34 Mahir Qabiloğlunun ad günündə “İTBAŞI” romanının 3-cü hissəsi çap olundu 4 Dekabr 2020, 10:28 İlham Əliyev: “Dünya pandemiyanın növbəti dalğası ilə üzləşib” 4 Dekabr 2020, 10:22 Koronavirusa yoluxma üzrə lider rayonlar - SİYAHI 4 Dekabr 2020, 10:16 “Təcavüzkar dövlət sülhə məcbur edildi” - İlham Əliyevin BMT Baş Assambleyasındakı ÇIXIŞI 4 Dekabr 2020, 10:10 Deputatdan növbəti onlayn qəbul  4 Dekabr 2020, 10:04 Fransa səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq - RƏSMİ 4 Dekabr 2020, 09:58 Hərbi icmalçı Ordumuzun itkilərini ŞƏRH ETDİ: “Əsas çətinlik cəbhə xətti yarılarkən olub”   4 Dekabr 2020, 09:52 Bakıda koronavirus xəstəsinə cinayət işi açıldı 4 Dekabr 2020, 09:46
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?