Modern.az

Məkkədə “donuz qripi” təlatümü yaşanır

Məkkədə “donuz qripi” təlatümü yaşanır

18 Sentyabr 2009, 15:37

Ramazan ayını müqəddəs Kəbə ətrafında keçirmək üçün dünyanın dörd bir tərəfindən Məkkəyə axın başlayıb. Səudiyyə Ərəbistanı hökuməti fövqaladə təhlükəsizlik tədbirlərini gücləndirib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanına daxil olan yüz minlərlə zəvvar “donuz qripi”nin  təlatümünü yaşayır. İndi Məkkədə küçələrə çıxanların hamısı maskada gəzir. Bəziləri filtrli maskadan istifadə edir, digərləri ağız-burnunu yaşmaqla bağlayır. Xarici KİV-in məlumatlarında Məkkənin bəzi yerlərində bir çox adamın qrip, baş ağrısı və boğaz infeksiyaları ilə müalicə olunduğu bildirilir. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır