Modern.az

Azərbaycanla sülhdən danışdı

Azərbaycanla sülhdən danışdı

Ölkə

Bu gün, 22:08

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan Antalyada keçirilən görüşdə Azərbaycanla Ermənistan arasında sülhü və regional əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Modern.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin Aparatı məlumat yayıb.

Bildirilib ki, Ərdoğan Paşinyanın Antalyaya səfərini və COP31 çərçivəsində Liderlər Sammitində iştirakını alqışlayıb. Paşinyan isə tədbirin yüksək səviyyədə təşkilinə görə Türkiyə Prezidentini təbrik edib.

Ermənistanın Baş naziri, həmçinin Türkiyənin İzmir şəhərindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.

Görüşdə Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi müzakirə olunub. Tərəflər bu prosesin irəlilədilməsinin və məntiqi yekuna çatdırılmasının vacibliyini vurğulayıblar. İndiyədək əldə edilmiş razılaşmaların həyata keçirilməsi və ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi də diqqət mərkəzində olub.

Ərdoğan və Paşinyan regional proseslərə toxunaraq Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasının regional əməkdaşlığın inkişafına yeni təkan verdiyini qeyd ediblər.

Bundan başqa, nəqliyyat kommunikasiyalarının açılması, o cümlədən TRIPP layihəsinin həyata keçirilməsi istiqamətində atılan addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrandan müharibə anonsu - Zərbə endirəcəyik!