Modern.az

Bu il 26 erkən və məcburi evlilik qeydə alınıb

Bu il 26 erkən və məcburi evlilik qeydə alınıb

Ölkə

Bu gün, 17:17

2026-cı ilin 10 ayı ərzində nikaha məcbur etmə və ya erkən evlilik, eləcə də erkən evliliyə dair sövdələşmə halları ilə bağlı Dövlət Komitəsi və Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 26 araşdırma aparılıb.

Modern.az-a Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata əsasən  Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 26 araşdırma aparılıb, aidiyyəti qurumlarla birgə, yerli icra hakimiyyətinin uşaq hüquqlarının müdafiəsi üzrə komissiyasının və Daxili İşlər Nazirliyinin nümayəndələrinin iştirakı ilə qanunvericilik çərçivəsində müvafiq tədbirlər görülüb, onlardan 24 halın qarşısı alınıb,1 fakt təsdiqini tapmayıb.

Qohum evlilikləri ilə bağlı Dövlət Komitəsinə müraciət daxil olmayıb.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrandan müharibə anonsu - Zərbə endirəcəyik!