11Fervral | Ana Səhifə - Yazılar - Böyük Ağdam uğrunda
Böyük Ağdam uğrunda

Vüqar Tofiqli 

Xeyli vaxt idi ki, Ağdama gedə bilmirdm.  Mənimlə yol yoldaşlığı etməyə adam axtarırdım. Bir neçə nəfərlə danışmışdım. Ancaq görüş yerinə telefonla  danışdığım insanlardan biri gələsi oldu.

Kiçik çillənin şaxtalı günlərində Ağdamda gəzməyin, məşhur bazarında alver etməyin, “Çay evi”ndə Şəmilin hazırladığı qıymalı xəngəlin dadına baxmağn ayrı ləzzəti var idi. Soyuq qış günlərində burada adam əlindən tərpənmək olmurdu...

İş elə gətirdi ki, zəng etdiyim insanlardan biri mənimlə Ağdama getməyə  anındaca razılıq verdi. Vaxt təyin etdik. Dediyi vaxtda, özü də  çox dəqiqliklə, görüş yerinə gəldi. Sanki özü də hazırlaşmış kimi görünürdü.

***

Bu dəfəki yol yoldaşım Ağdam rayonuna beş ilə yaxın rəhbərlik etmiş, 25 il daxili işlər orqanlarında polis rəisi vəzifəsində çalışmış Nizami Sadıxov idi.  O, Nizami Sadıxov ki, doğma kəndim Quzanlını  qəsəbəyə çevirmiş, rayonda aparılan abadlıq-quruculuq işlərinin təməlini qoymuşdu.

Söhbətimiz iki saata yaxın çəkdi. Yol yoldaşımın söhbətinə maraqla  qulaq asır, arada özüm də baş vermiş  hadisələrə münasibətimi bildirirdim. Amma onun çox təmkinlə, aramla və məntiqə söyklənən fikirlərini eşidəndə Nizami Sadıxova hörmətim bir xeyli artmış oldu. Çünki onu  tanısam da, arabir tədbirlərdə və məclislərdə görüşsəm də, Ağdamla bağlı qələmə aldığı kitabı oxusam da, belə yüksək intelekt sahibi olduğunu bilmirdm.  Nizami Sadıxov həqiqətən maraqlı və zəngin idarəçilik təcrübəsinə malik olan bir insandır.

Söhbətə elə Ağdamdan da başladıq. Döğma kəndi Sarıhacılı ötən əsrin səksəninci illərində artıq şəhərə birləşdirilmişdi. Böyük Vətən Müharibəsində əldə edilmiş qələbəyə həsr edilmiş  abidənin yanından Şuşaya doğru gedən magistral yolun sağ tərəfində o illərdə yeni idman kompelksi inşa edilmişdi. O ərazidə həm də rayonlararası profilaktoriya var idi. Həmsöhbətimin də ata yurdu məhz bu ərazidə idi. 

Yetmişinci illərdə idman kompleksinin qarşı tərəfindən  çəkilən  yol düz Ağdam bazarının üst tərəfinədək uzanırdı. Yəni Yevlax istiqamətindən gəlib Şuşaya getmək istəyənlər şəhərin bazar tərəfinə daxil olmamış  bu yolla da gedə bilərdin. Əslində bu yol  şənbə-bazar günlərində şəhərdəki sıxlığı aradan qaldırmaq məqsədiylə çəkilmişdi. 

Nizami Sadıxovun dediklərindən:

- Məktəbdə oxuduğum illərdə ən yaddımda qalan məqam kəndin üst tərəfindən keçən məşhur “Kötəl arxı”nın suyunda çimməyim və balıq tutmağımdır. Yayda çayın qarşısını qara daşlarla kəsərdik. Su bir xeyli qalxdıqdan sonra həvəslə çimməyə başlar, yayın cırhacırında valideynlərimiz çağırmasaydı  çıxmazdıq. Gözəl və mənalı uşaqlıq illərimiz olub. İnsanlarda sanki bir səmimiyyət var idi. Heç kəs sözdən söz çıxarıb, ucuzluğa getməzdi. 

Ata yurdumda ikimərtəbəli ev tikdirmişdim. On səkkiz sotluq həyət və evin sənədi də atamın adına idi. O da sonralar onu oğluma vəsiyyət etmişdi. Bu gün o evin sənədlərini göz bəbəyimiz kimi qoruyuruq.  Qonşularımız  İsgəndərgil idi. Kənddə sarı İsgəndər deyərdilər. Digəri Zülfüqar idi. Qonşularımız yaxşı insanlar idi.

Bir məqamı da deyim ki, bildiyim qədər, Ağdam bazarının ərazisi, o cümlədən Ədalət Heydərovun  baş həkim olduğu Uşaq xəstəxanasının əraizisi  vaxtıylə Seyidli-Sarıhacılı kəndinin əkin sahələri olub. Rəhmətlik nənəm danışardı ki, oralarda  camaatımız həmişə taxıl əkər və Kötəlin suyu ilə sulayardılar. O buğdanın dadı indi hardadı.

Nənəm rəhmətlik doxsan dörd yaş yaşamışdı. Güclü hafizəsi var idi. O danışardı ki, babamın dayıları olub: Kərim bəy, Alıqulu bəy və  Abbasqulu bəy. Kərim bəyin evi bizim  ata yurdumuza yaxın yerdə idi. Nənəm deyirdi ki, türk qoşunları Ağdama gələrkən məhz qərargah kimi Kərim bəyin evini istifadə ediblər. Türk qoşunları qayırdarkən evdən istifadə etdiklərinə görə, məcburi şəkildə ev sahiblərinə  kirayə haqqı veriblərmiş. Kərim bəy isə Çar Rusiyası dövründə rus qoşunlarında xidmət edib, yüksək mənsəb sahibiymiş. 
 

Deyərdim ki, Seyidli  və  Sarıhacılı kəndləri Ağdam şəhərinin əsasını təşkil edirdi. Bu iki kənd Ağdama çoxsaylı ziyalı, alim, yazıçı və mədəniyyət xadimləri bəxş edib.  Nizami Sadıxovun da söylədiyi kimi, bu kənddə hələ Xanlıq dövründə və ondan sonraki illərdə  ağalıq var imiş. Ətraf ərazilərin idarəçiliyi də bu kənddə olan bəylərə məxsus imiş. Tək “Kötəl arxı”nın üstündə ondan artıq Un dəyirmanı var idi. Hamısı da bir birinin bəhsinə həm gözəl inşa edilmiş, həm də xidmətiylə seçilirmiş. Onlardan biri də həmsöhbətimin ata yurduna yaxın yerdə idi.   

- Bu gün idarəçilikdə olan hər bir kəsdə intellektlə yanaşı, Vətən  sevgisi olmalıdır. Səviyyəsi və kökü olan hər bir məmur xalqına  da səviyyəli xidmət edəcəkdir.

Bu gün 30 ilə yaxın düşmənin işğalı altında  olan torpaqlarımızı ancaq döyüşlə, qan tökməklə geri qaytarmalıyıq. Yalnız bu halda o torpaqlarda hallalıqla gəzə bilərik. Bizim hər birimiz Ali Baş Komandanın çağırışına hazır olmalıyıq. Hər kəs öz çalışdığı sahədə Vətəninə  torpağına köməyini göstərməlidir...   

Ağdama təyinat alanda rayonun işğal altında olmayan 28 faizlik ərazisini gəzdim. Girişdə köhnə bir dəmir qara lövhə üzərində “Ağdama xöş gəlmisiniz” sözləri  yazılmışdı. Həmin dövrdə bəlkə də onlarca dəfə rayon rəhbəri işləmiş şəxslər o dəmir lövhəyə baxıb keçmişdilər. Həmin ərazidə geniş abadlıq işlərinə start verildi. Sözsüz ki, bütün bu layihələr cənab Prezidentin Ağdama göstərdiyi diqqətin sayəsində daha sürətlə davam etdirilirdi. Simvolik qala divarları, möhtəşəm Soltanbud təpəsində Bayraq meydanının inşası, rayonun qazlaşdırlıması və arda-arda onlarca layihəyə start verildi.  Elə təsəvvür yaranmışdı ki, son on dörd il ərzində sanki rayon ərazisində heç bir iş görülməmişdi. Az müddət ərzində ciddi işlər görüldü... 

Bu gün rayona artıq yeni icra başçısı təyin edilib. Vaqif Həsənovun Ağdamın daha da çicəklənməsinə və inkişafına öz töhfəsini verəcəyinə, bu işlərdə isə ağdamlıların ona  yaxından dəstək duracaqlarına inanıram. Əminəm ki, öz fəaliyyətiylə yeni icra başçısı cənab Prezidentin ona göstərdiyi etimadı layiqincə doğruldacaqdır.

Bu arada Nizami Sadıxovun fəaliyyəti dövründə yaddaşımda dərin izlər buraxmış bir addım barəsində bir qədər geniş qeyd etmək istərdim. Ağdamın erməni silahi qüvvələri tərəfindən işğalının iyirmi illiyində böyük bir yürüş təşkil edilmişdi. Quzanlı qəsəbəsindən Soltanbuda  olan dörd kilometrlik yolda saysız-hesabsız adamlar var idi. Və bu insanları yürüşə  cəlb edən Vətən sevgisi idi. İnsanlarda bir təlatüm yaratmışdı bu yürüş. Bəlkə də camaat bir himə bənd idi. Ancaq mütəşəkkillik elə ilk anındaca hiss olunurdu. Sonda Bayraq meydanında keçirilən tədbirdəki çıxışlarda “Böyük Ağdam” ideyası sanki ictimailəşdirildi. 

Qeyd edim ki, hər bir ağdamlıyla söhbətimdə  verdiyim bir sualı Nizami Sadıxova da  ünvanladım - “İnşallah, Ağdama qayıdanda birinci hansı layihənin icrasına başlamağı  təklif edərdiniz?”:

- İlk olaraq mənəvi cəhətdən itirdiklərimizin bərpasına çalışmalıyıq. Bizim ölkəmiz elə bir qüdrətə sahibdir ki, bu gün işğal altında olan şəhər və ətraf yaşayış məntəqələri yüksək səviyyədə bərpa olunacaqdır. Yəni olduğundan da yüksək və keyfiyyətli  şəkildə. Ona heç bir şübhəm yoxdur. Deyim ki, cənab Prezidentin yürütdüyü siyasətdə bundan xəbər verir. 

Lakin mənim istəyim əsl ağdamlı xarakterinin bərpasına çalışmağımızdır. Və ilk layihədə məhz bununla bağlı olmalıdır.  

Ötən ötuz il ərzində müəyyən mənəvi dəyərlərimzdə hiss olunan deformasiyanın bərpası mütləq şəkildə lazımdır. Böyük Ağdam, Böyük Qarabağ, Böyük Azərbaycan uğrunda apardığımız mübarizəni sistemlı şəkildə aparmalı, gənclərimizdə böyük Azərbaycançılıq ideyasını yaşatmalıyıq... 

***

Sözsüz ki, bəzən insan vəzifədə olduğu zaman onun baxışı, həyata keçirdiyi layihələrin məqsədi məramı qəbul edilməyə bilər. Ağdama istər keçmiş sovet dönəmində, istərsə də müstəqillik dövründə rəhbərlik etmiş bəzi şəxslərin fəaliyyəti zamanında qiymətini almayıb. Bu da təbiidir. Bugün rayonun və şəhərin tarixi ilə bağlı  araşdırma zamanı  onlarca belə faktların olduğunu söyləmək olar. Ancaq gec-tez görülən işin  qiyməti  verilir.

Bu gün rayona təyinat alan səkkiz icra başçısının hamısının köklü ağdamlı olması, Ağdam kimi həssas rayona göstərilən bir  diqqət kimi xüsusi qeyd edilməlidir. Və dövlət başçısının bu diqqətini hər zaman ləyaqətlə və ciddi layihələrin icrasıyla dəyərləndirmək lazımdır.  Və etiraf edilməlidir ki, Ağdamın işğal altında olmayan ərazisində abadlıq-quruculuq işlərinın başlaması məhz Nizami Sadıxovun adıyla bağlıdır. 

Saakaşvilinin Ukraynaya qayıdacağı vaxt açıqlandı 25 May 2019, 00:25 Bu ölkəyə bir ildə 1,2 milyard  dollar investisiya yatırıldı 25 May 2019, 00:21 “SÖZ” layihəsi yeni təqdimatda - FOTOLAR 25 May 2019, 00:05 Azərbaycan nefti ucuzlaşdı 24 May 2019, 23:56 Leyla Əliyevadan “Şəhər ekologiyası”na dəstək - FOTOLAR 24 May 2019, 23:34 Azərbaycanlılar yaşayan ərazidə zəlzələ 24 May 2019, 23:17 “Azərişıq” hava şəraiti ilə bağlı gücləndirilmiş rejimdə işləyir 24 May 2019, 22:58 Azərbaycanda ilk dəfə banan yetişdirildi - VİDEO 24 May 2019, 22:41 Bakıda Argentinanın milli günü qeyd edildi 24 May 2019, 22:17 Daşkəsəndə təbii fəlakət 24 May 2019, 22:01 Fransada partlayış törədildi 24 May 2019, 21:46 Nursultan Nazarbayev Fəxri prezident oldu 24 May 2019, 21:27 Ermənilərin cəbhə xəttində törətdiyi yanğını yağış söndürdü 24 May 2019, 21:13 “Fitch” Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxdı 24 May 2019, 20:59 Sərhədlə bağlı məsələlər Gürcüstanla razılaşdırıldı 24 May 2019, 20:45 İnterpol qətl törədən azərbaycanlını axtarır 24 May 2019, 20:28 Nazirlikdə bilik yarışı keçirilib - FOTOLAR 24 May 2019, 20:16 İmperator İlham Əliyevi təbrik etdi 24 May 2019, 20:05 Azərbaycanlı ailə Almaniyadan deportasiya olundu 24 May 2019, 20:03 Erməni polkovnikin yalanı - Müdafiə Nazirliyi məlumat yaydı 24 May 2019, 19:55 “Qəhrəmanlar unudulmur” Şamaxıda - FOTOLAR   24 May 2019, 19:46 Məşhur futbolçular Bakıda Azarkeş Festivalında iştirak edəcək 24 May 2019, 19:34  “Azərbaycanla danışıqların birinci mərhələsi başa çatıb” - XİN başçısı  24 May 2019, 19:25 Bakıda Zayed Humanitar Günü Qeyd Edilir - FOTOLAR   24 May 2019, 19:14 Şabranda oğurluq edən şəxs tutulub   24 May 2019, 19:05 Məcburi sosial sığorta ilə bağlı yeni uçot qaydaları hazırlanır 24 May 2019, 18:56 Avroliqanın finalı ilə əlaqədar Bakı metrosunda könüllülər çalışacaq - FOTO 24 May 2019, 18:44 DİM hökumətin ali məktəblərə müsabiqədənkənar qəbulla bağlı qərarını şərh etdi 24 May 2019, 18:35 Tramp İlham Əliyevə məktub yazdı: “Xalqın mənafeyinə xidmət edəcək bütün addımları alqışlayırıq” 24 May 2019, 18:24 Koçaryanı azadlığa buraxan hakim istefa verdi   24 May 2019, 18:14 Deputatdan mitinq keçirmək istəyənləırə TÖVSİYƏ: “Gedib bir işin qulpundan yapışsınlar"” 24 May 2019, 18:04 İlham Əliyev İordaniya kralını təbrik edib 24 May 2019, 17:47 Manat və dolların 3 günlük MƏZƏNNƏSİ 24 May 2019, 17:27 Leyla Əliyeva uşaqların müalicəsi ilə maraqlandı - FOTOLAR 24 May 2019, 17:25 Prezident bu dini qurumlara maliyyə yardımı ayırdı - SİYAHI 24 May 2019, 17:25