Modern.az

iPhone 18 təqdim olundu - QİYMƏT AÇIQLANDI

iPhone 18 təqdim olundu - QİYMƏT AÇIQLANDI

Dünya

Bu gün, 22:13

"iPhone" həvəskarlarının səbirsizliklə gözlədiyi "iPhone 18 Pro" modeli rəsmi olaraq təqdim edildi.

Modern.az xəbər verir ki, dizayn baxımından kiçik dəyişikliklər edən "Apple" istifadəçilərə yeni rəng seçimləri də təqdim edir. 

iPhone 18 Pro-nun xüsusiyyətləri

Apple-ın yeni “canavar”ı "Apple A20 Pro" çipsetindən güc alır. Təkmilləşdirilmiş süni intellekt xüsusiyyətlərinə malik "Apple A20 Pro" prosessoru sayəsində Siri-də də yeniliklər təqdim olunur.

"Apple" “Siri AI” adlandırdığı sistemə fokuslanaraq istifadəçilərə nəhayət "Android" telefonlardakı "Gemini" kimi cihazı süni intellekt vasitəsilə idarə etmək imkanı yaradır.

Kamera tətbiqindəki Siri təqvimə tədbir əlavə edə, vizual axtarış həyata keçirə bilər. 

iPhone 18 Pro-da yeni batareya dizaynına keçilir. iPhone 18 Pro, 17 Pro Max ilə eyni batareya ömrünə sahib olacaq. Lakin iPhone 18 Pro Max modelində 45 saat video izləmə imkanı təqdim edilir. iPhone 18 Pro-da isə bu müddət 36 saatdır. Yeni sürətli şarj texnologiyası batareyanı cəmi 15 dəqiqəyə 50 faiz doldurmağa imkan verir.

“Dynamic Island” isə artıq eyni anda üç “Live Activity” göstərə biləcək. Ekranla bağlı Apple-ın böyük bir yenilik təqdim etmədiyini, sadəcə “Dynamic Island”ı kiçiltməyə üstünlük verdiyini qeyd edək.

iPhone 18 Pro kamera xüsusiyyətləri

Apple nəhayət dəyişən diafraqmalı kameraya keçir. 48 meqapiksellik dəyişən diafraqmaya malik kamera f/1.8 ilə f/1.4 arasında diafraqma açıqlığı təqdim edir. Aşağı işıq şəraitində daha yaxşı çəkiliş imkanı verən kameranın DxOMark testindən neçə bal alacağı maraqla gözlənilir.

Əsas kamera 60 FPS video çəkilişini dəstəkləyir və çəkilişdən sonra videolara kinematoqrafik effektlər əlavə etməyə imkan verir. Bundan əlavə, kamera HDR formatında sürətli çəkiliş edə bilir. Səs qarışdırma funksiyası artıq musiqini də dəstəkləyir.

Nəhayət, “Pro Control” funksiyası iPhone-un Kamera tətbiqinə də əlavə edilib. Kamera tətbiqində diafraqma, ağ balansı, ekspozisiya, EV və digər bütün manual parametrləri istifadəçi özü tənzimləyə bilər.

“iPhone Handoff” funksiyası iki iPhone-da eyni nömrədən istifadə etməyə imkan verir. Bu xüsusiyyətin ölkəmizdə işləyib-işləməyəcəyi isə hələlik məlum deyil.

iPhone 18 Pro 1199 dollar, iPhone 18 Pro Max isə 1299 dollar başlanğıc qiymətlə satışa çıxarılacaq. Azərbaycandakı qiymətləri hələlik məlum deyil.

Rəng seçimləri arasında qara, ağ, mavi və bordo variantlar yer alır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrandan Ermənistana ŞOK HƏDƏ: Bombalayacağıq!